Slimfit
  1. DÜNYA

Kanada vurulan Ukrayna təyyarəsinə görə İrandan 1,1 milyard dollar təzminat tələb edir

Kanada vurulan Ukrayna təyyarəsinə görə İrandan 1,1 milyard dollar təzminat tələb edir
Sakura

Kanada vurulan Ukrayna təyyarəsinə görə İrandan 1,1 milyard dollar təzminat tələb edir

Kanadalı vəkillər Tehranda Ukraynaya məxsus “Boeing 737” tipli təyyarənin qəzaya uğraması ilə əlaqədar İranı məhkəməyə verib.

APA Reuters-ə istinadən xəbər verir ki, fəlakət qurbanlarının qohumları adından məhkəməyə müarciət edilərək bu addımına görə İrandan ən azı 1,5 milyard Kanada dolları (1.1 milyard ABŞ dollar) təzminat tələb edirlər.

Məhkəmədə İran dövləti, Ali lider Əli Xamenei, eləcə də İslam İnqilabı Keşikçilər Korpusunun Əl-Quds xüsusi təyinatlıları ittiham olunan tərəflər kimi göstərilib. İddiada bildirilib ki, təyyarənin vurulması "qəsdən və ya bilərəkdən törədilən terror aktı” kimi qiymətləndirilir.

Qeyd edək ki, əsas iddiaçının adı açıqlanmayıb. Ərizəyə imza atan şəxslərin sözlərinə görə, həmin şəxsin sağlamlığına İran rejimi tərəfindən hər hansı zərərin dəyə biləcəyi ehtimalına görə bu addımı atıblar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR