Dərc edildi: Baxış sayı: 907
Kanada peykləri İlon Maskın “köməyi” ilə orbitə çıxarılacaq
Yer planetinin tədqiq edilməsi üçün nəzərdə tutulan “RADARSAT Constellation” adlı üç yeni Kanada peykinin orbitə göndərilməsi planlaşdırılır.
TASS xəbər verir ki, bu barədə Kanada Kosmik Agentliyi məlumat yayıb.
“Bu yeni nəsil peykləri Yer səthinin müşahidə edilməsi üçündür. Onların buraxılışı 11 iyun 2019-cu ildə baş tutacaq”, - deyə, məlumatda bildirilir.
Peykləri orbitə İlon Maska məxsus “SpaceX” şirkətinin “Falcon 9” raket daşıyıcısı çıxaracaq. Layihənin dəyəri 890 milyon dollardır.
Yeni peyklər, Antarktidadakı ekoloji sistem və həmin bölgədə gəmilərin hərəkətinin müşahidə edilməsi üçün nəzərdə tutulub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət