Slimfit
  1. İDMAN

Kamran Ağayev: "Milli komandanın forması ilə maşın da yuyuram, toya da gedirəm"

Kamran Ağayev: "Milli komandanın forması ilə maşın da yuyuram, toya da gedirəm"
Sakura

Kamran Ağayev: "Milli komandanın forması ilə maşın da yuyuram, toya da gedirəm"

AFFA "Keşlə" klubunun qapıçısı Kamran Ağayevi reklam çarxına Azərbaycan milli komandasının formasında çəkən tikinti şirkətinə etirazını bildirib. 

Bu barədə "Report"a qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, video-çarxda Ağayevin geyindiyi formada qurumun rəsmi qeydiyyatdan keçmiş əmtəə nişanı olan AFFA-nın loqosundan istifadə olunub: "Mövcud qanunlara əsasən, AFFA-nın əmtəə nişanından təşkilatın razılığı olmadan istifadə etmək olmaz. Biz də bununla bağlı həmin şirkətə narazılığımızı çatdırmışıq. Bildirmişik ki, sizin videoda AFFA ilə razılaşdırılmamış, bizə məxsus olan nişandan istifadə olunub. Məsələ bundan ibarətdir. Tikinti şirkətinin rəsmisi millinin keçmiş baş məşqçisi ilə bağlı məsələni qabardıb. Bunun heç bir əsası, məsələnin ona aidiyyatı da yoxdur". 

Məhkəməyə müraciət etmədiklərini bildirən F.Abdulla "Bizim tələbimiz ondan ibarətdir ki, icazəmiz olmadan reklam videosunda əmtəə nişanımız istifadə olunmasın. Videonun yayımlanmamasını tələb etmişik. Yenə yayımlanacağı təqdirdə, atılacaq addımlarla bağlı ictimaiyyətə məlumat verəcəyik" deyib. 

Öz növbəsində, Ağayev "Report"a açıqlamasında məsələnin mahiyyətindən məlumatsız olduğunu söyləyib: "Reklama çəkilməyimin nəyi düzgün deyil, anlamıram. Bu, mənim şəxsi həyatımdır. Həmin vaxt milli komandanın təlim-məşq tolanışında olmamışam. Bu reklam da çoxdan çəkilib, yeni deyil. Azərbaycanda millinin formasını geyinən o qədər vətəndaş var ki... Söhbətin nədən getdiyini dəqiq bilmədiyim üçün bu cür danışıram". 

33 yaşlı qolkiperin sözlərinə görə, çəkildiyi video-çarxla bağlı ona heç bir irad bildirilməyib. Millinin forması ilə meydana da çıxıram, gəzirəm, maşın da yuyuram, kross da qaçıram, toya da gedirəm. Bir sözlə, hər şey edirəm. Reklamın buna nə dəxli var ki? İndi bildiyimi deyirəm, bəlkə, başqa nüanslar var. Ola bilər ki, doğrudur. Amma bunu indi eşidirəm. Zəng ediblərsə, demək, bir şey var. Formanın üstündə loqonun olub-olmadığını xatırlamıram. Loqo olubsa, bunu başa düşərəm". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR