Dərc edildi: Baxış sayı: 787
Kaka: “Mənə ən böyük mükafat Azərbaycanda vəd edilib”
Azərbaycan yığmasının sabiq futzalçısı Paulo Rikardo Kaka karyerasında ən çox mükafat vəd olunduğu oyunu açıqlayıb.
ONA-nın məlumatına görə, milliləşdirilmiş braziliyalı bunun ölkəmizdə təklif edildiyini deyib.
Karyerasının böyük hissəsi Rusiya və Azərbaycana bağlı olan Kaka hazırda Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisidir. O, rusiyalılara müsahibəsində yığmamızda oynadığı vaxt vəd olunan mükafatın məbləğindən danışıb: “Mən Azərbaycan millisində çıxış edəndə DÇ-yə vəsiqə uğrunda Rusiya ilə oynayırdıq. Həmin vaxt bizə ən böyük mükafat vəd olundu. Komandamız bu rəqibi keçsəydi, hərəmiz 25 min dollar alacaqdıq. Lakin onda biz qalib gələ bilmədik”.
Kaka Azərbaycan millisinin indiki baş məşqçisi Joze Alesio ilə yollarının kəsişmələrindən də danışıb: “Barselona”da oynadığı vaxt Alesio zədələnmişdi. Kataloniya klubuna oyunçu lazım idi. Kakau məni “Barselona”ya təklif etdi və keçidim baş tutdu. Həmin vaxt Alesio mənə kömək etdi. Sonradan isə Rusiyaya da məsləhət gördü. O, mənim minnətdar olduğum biridir, karyeramda həlledici rol oynayıb. Yeri gəlmişkən, Alesio ilə sonradan Azərbaycanda görüşdük. Bizim komandalarımız öz aralarında rəqabət aparırdı”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət