Slimfit
  1. SİYASƏT

KAICIID Baş katibi Azərbaycan Prezidentinə təşəkkür məktubu göndərib

KAICIID Baş katibi Azərbaycan Prezidentinə təşəkkür məktubu göndərib
Sakura

KAICIID Baş katibi Azərbaycan Prezidentinə təşəkkür məktubu göndərib

Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Feysəl bin Muammar Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, Feysəl bin Muammar Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin yüksək səviyyədə təşkil olunması münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

Məktubda qeyd edilib ki, dünya liderləri və nümayəndələri tədbir zamanı aparılan müzakirələr və qəbul olunmuş bəyannamə ilə ekstremizm, ksenofobiya və diskriminasiyaya qarşı mübarizədə qlobal dialoqun və ümumbəşəri həmrəyliyin əhəmiyyətini bir daha vurğulayıblar: “Bu Sammit, həmçinin iki əlamətdar hadisə - Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi ilə eyni vaxta təsadüf etdi. Allahşükür Paşazadə Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin İdarə Heyətinin çox hörmətli üzvüdür. Təəssüflər olsun ki, din və müxtəlifliklə bağlı hadisələr bəzən icmalar arasında ümidsizliyə və dağıdıcı mənbələrə çevrilir. Halbuki həm din, həm də müxtəliflik ümumi cəmiyyətimizdə bizi birləşdirən həqiqət və fakt kimi qəbul olunmalıdır. Məhz bu cür tədbirlər dinlərarası və sivilizasiyalararası dialoqun mədəniyyətlər arasında körpü rolunu oynaması və müasir dövrün problemlərinin həll olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Dialoq istər dini, istər mədəniyyət kontekstində Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin mandatının əsasını təşkil edir və təşkilatın məqsədi dünya dini liderləri və siyasətçilərini bir araya gətirərək dünyamızı narahat edən problemlərin həllində ortaq məxrəcin tapılmasıdır. Mən, həmçinin fürsətdən istifadə edib, Sizinlə görüşümüz zamanı həlli vacib olan ortaq problemlərlə bağlı apardığımız məzmunlu müzakirələrə görə Sizə minnətdarlığımı bildirirəm. Bir daha qeyd etmək istəyirəm ki, dialoqun gücü həm bu gün, həm də gələcəkdə sülhə və tərəqqiyə, insan ləyaqətinə hörmət olunmasına aparan yeganə yoldur. Sizə bir daha ən yüksək ehtiramımı bildirmək istəyirəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR