Dərc edildi: Baxış sayı: 350
Kahramanmaraşda zəlzələ baş verib
Kahramanmaraşda 4,7 bal gücündə zəlzələ baş verib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Kahramanmaraşın Göksun rayonu olub.
Zəlzələnin 7,1 kilometr dərinlikdə olduğu müəyyən edilib.
AFAD sədri Yunus Sezer təbiət hadisəsi nəticəsində heç bir mənfi halın yaşanmadığını açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət