Dərc edildi: Baxış sayı: 307
Kadırovdan hərbçilərə: Problemlərdən danışmayın!
Müharibə bölgəsində olan hərbçilər problemləri səsləndirməməli və onu sosial şəbəkələrdə paylaşmamalıdır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında Ukrayna müharibəsində iştirak edən hərbçilərin problemlərlə bağlı şikayət xarakterli videogörüntüləri ilə bağlı yazıb.
“Hər hansı məlumata sahib olmanız onu səsləndirmək və paylaşmaq anlamına gəlməməlidir. Problemlər həmişə olacaq! Birdən səhlənkar əsgərin şikayət videosunu gördükdə soruşmaq istəyirsən ki, müharibədə hər şey kifayət qədər, bol olur?” - deyə Kadırov qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət