Kadırov Şeyx Şamil barədə dediklərinə aydınlıq gətirdi: Jurnalistlər ağıllıdırlar axı...
Şeyx Şamil (Qafqaz xalqlarının müqavimət hərəkatının lideri - red.) haqqında pis düşünsəydim belə, bu fikrimi özümdə saxlayardım.
Bunu Çeçenistan başçısı Ramzan Kadırov “Çeçnya Seqondya” informasiya agentliyinə verdiyi müsahibəni şərh edərkən deyib.
“Mən bilirəm ki, dağıstanlılar onu qəhrəman hesab edirlər. Müsəlman haqqında necə pis şey deyə bilərəm?! Hətta əgər İmam Şamil haqqında pis düşünsəydim belə, bu fikri özümdə saxlayardım.
Şamilə din adamı kimi hörmətlə yanaşıram. Jurnalistlər ağıllıdırlar axı, onlar özləri bildiyi kimi yazıblar. Mən həmişə xalqla birlikdə olmuşam. Dağıstanda çoxlu yaxın adamım var”, - R.Kadırov bildirib.
Qeyd edək ki, Mahaçqala sakini Bulaç Çankalayev “Instagram” səhifəsində çeçen liderlə söhbətinin videosunu dərc edib. “Çeçnya Seqodnya” agentliyi ötən gün R.Kadırovla müsahibəni təqdim edib. Çeçenistanın başçısı müsahibədə bəyan edib ki, İmam Şamil çeçen xalqının məhv olmağa təhrik edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət