Kadırov: “Mənə Nobel mükafatı verilməlidir”
Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda terror üzərində qələbəsinə görə Nobel mükafatına sahib olacağını və ona qarşı sanksiyalar tətbiq edilməməsini düşünür.
Ens.az Konkret.az-a istinadən xəbər verir ki, bu haqda o, Rusiya 1 televiziyasının efirində deyib.
“İnsan hüquqlarını harada pozdum? Əksinə. Beynəlxalq terrorizmlə mübarizə aparırıq, müharibə dayandırıldı. Düşünürdüm ki, mənə Nobel mükafatı verəcəklər, əksinə sanksiya tətbiq etdilər. Bu, ədalətsizlikdir” deyib.
Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo Kadırova qarşı sanksiyaların tətbiq olunduğunu açıqlamışdı. O, bunu Çeçenistanda insan hüquqlarının pozulması ilə əlaqələndirib.
Qara siyahı ABŞ-a daxil olmamaq deməkdir. Bundan əvvəl Kadırov artıq ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilmişdi.
Buna cavab olaraq Çeçenistan rəhbəri Pompeoya qarşı “bütün hesablarının bağlanmasına qədər” sanksiyalar tətbiq edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət