Dərc edildi: Baxış sayı: 533
Kadırov atasının bütün kadrlarına vəzifə verdi
Çeçenistan rəhbəri Ramzan Kadırov atası, ölkənin ilk rəhbəri Əhməd Kadırovun komandasından olan veteranlardan ibarət Məşvərət Şurası yaradıb.
Axar.az xəbər verir ki, bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ramzan Kadırovun rəhbərlik etdiyi qurum daimi fəaliyyət göstərəcək:
“Respublika başçısı onların (veteranların - red.) zəngin təcrübə və biliklərini ölkənin gələcək inkişafına yönəltməyi qərara aldı. Şuranın vəzifələri respublikanın sosial-iqtisadi və ictimai-siyasi inkişafı, yerli icra orqanlarının səlahiyyətlərinin səmərəli həyata keçirilməsi ilə bağlı təklif və tövsiyyələr hazırlamaqdan ibarətdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət