Slimfit
  1. MARAQLI

Kabuslarla şam etməyin mümkün olduğu 5 restoran

Kabuslarla şam etməyin mümkün olduğu 5 restoran
Sakura

Şahidlər iddia edirlər ki, bəzən mərhumun çağırışı eşidilir

Gec-tez karantindən çıxacağıq və mütləq səyahətə başlayacağıq. İzdihamlı yerləri gəzib restoranlara gedəcəyik. Və onda qorxu üçün bizə yalnız köhnə qəsrlərin sirləri və tərk edilmiş zirzəmilərin əfsanələri qalacaq.

Bəzən əsəblərimizi qıcıqlandırmaq və qüsursuz xörəyə “istiot qatmaq” üçün kabuslar barədə cəlbedici hekayəyə ehtiyacımız var. Bəzi restoranların hekayələri yeni səyahətlərə iştahı artırır və damarlarda donmuş qanı soyutmaq üçün sərinləşdirici içkilər tələb edir.

"Köhnə şəhərdə pizzaxana və pivə zavodu" (Old Town Pizza & Brewing)

Portlend, Oreqon Ştatı

Bu restoran yaxşı yemək və cazibədar interyerə sahib müəssisə kimi təsvir edilmişdir. Ancaq xəbərdarlıq edirlər ki, uşaqları dayə ilə qoymaq daha yaxşıdır. Keçmiş dövrlərdən döşəmə lövhələri olan köhnə ağac və kərpicdən ibarət 1880-ci ilin  binası Şanxay tunellərinin üstündə dayanır.

Qaranlıq zirzəmi-  19-cu əsrin sonlarında cinayətkar keçmişə şahiddir. Burada qeyri-leqal yüklər saxlanılırdı və sağlam qullar üçün tələlər yaradılırdı. Şanxay tunelləri narkotik maddələri, fahişəxana və insan alveri obyektlərini birləşdirirdi.

Binanın maraqlı tarixi, ərazidə məşhur Ninanın kabusu ilə müşayiət olunur. Keçən əsrin əvvəllərində şaxtanın dibinə ölümək üçün atılan qadın bu məkanı sirli və ziyarət üçün cəlbedici edir. Əfsanəyə görə, lift şaxtasına atılan Nina soyuqdan və aclıqdan ölmüşdü. Onun kabusu isə ardından sahibinin adını kərpic üzərində yazmışdı. Şahidlər iddia edirlər ki, bəzən kərpicdən xırıltılı zarıltı və mərhumun çağırışı eşidilir.

Restoranın sahibi Adam Miln deyir: “1974-cü ildə restoranı satın aldıqdan dərhal sonra kabuslara inanmayan bir mətbəx müdirim var idi. Ancaq bir gün o, zirzəmidə gəzən qara paltarlı yaşlı qadını gördü. Müəssisənin bağlandığını bildirmək üçün aşağı mərtəbəyə getdi, ancaq orada heç kim yox idi. " Adam Miln, bir neçə il əvvəl onun distribyutorunun zirzəmidən titrəyərək necə çıxdığını  və qadın kabusu gördüyünü qışqırdığını da xatırlayır. Miln isə fövqəltəbii hadisəni özü də görüb, bir az fərqli: “Yemək otağında  şəkil üçün çərçivəmiz var. Və birdən o, heç bir səbəb olmadan kəfkir kimi davamlı yellənməyə başladı. Bu, mən şəkilə toxunub onu dayandırana qədər təxminən 15 dəqiqə davam etdi ”.

Restoranın korporativ bir siyasəti var: otaqda tək qalmamaq, bütün işçilər işdən sonra birlikdə çıxırlar. Və bəlkə də bu zaman Nina sabahkı günü gözləyərək onlara əl yelləyir..

Lemp malikanəsində restoran və mehmanxana (The Lemp Mansion Restaurant & Inn) 

Sent-Luis, Missuri Ştatı

Bu malikanədəki fövqəltəbii varlıqları öz ailələri hesab edirlər. "Mən kabusları çox aydın hiss edirəm və görürəm”, — tarixçi və paranormal hadisələrin tədqiqatçısı xaım Betsi Belanqer deyir - bir neçə intihar hadisəsi baş vermiş  mətbəxdə qızardılmış toyuq yedikdə iştahım korlanmır." Betsini kabusların toxunması qorxutmur, çünki çoxları yaxşıdır.

Qalada yaşadığı 24 il ərzində Belanqer bir neçə dəfə "şeytan" əllərinin köməyini hiss edib. Bir dəfə əli kitabla dolu malikanənin pilləkənləri ilə qalxırdı və  ən yuxarıya çatanda tarazlığını itirdi. Əlləri məşğul olduğundan, dəmir barmaqlıqlardan tutmaq mümkün deyildi. Birdən kimsə onu çiyinlərindən irəli itələdi. Beləliklə, Betsi gülərək deyir, o özü növbəti kabusa çevrilmədi.

Belanqer-i xilas edən mahiyyət çox şey ola bilərdi. Lemp, təəssüf ki, uzun, lakin həmişə xoşbəxt olmayan bir tarixə sahibdir. 1868-ci ildə burada  ailə yerləşdi və onların 10 övladı dünyaya gəldi. Əvvəlcə ev sahiblərinin böyük qızı,  dörd il sonra isə sevimli oğlu öldü. Valideynlər bu faciəyə dözə bilmədilər. Ailənin başçısı Uilyam özünü otağında güllələdi, ana Culiya isə iki il sonra xərçəngdən öldü.

Uilyam-kiçik yaraşıqlı bir gənc kimi böyüdü, onu arvadbaz adlandırırdılar, amma təəssüf ki, oğlan əsəbi və qəddar böyüdü. Onun həyatı 1922-ci ildə evin xidmət bölməsində intiharla başa çatdı.  Sonra iqamətgah başqa bir qohum - cənab Çarlzın yaşadığı yer oldu. Burada 19 il ömür sürdü  və nəhayət kitabxanada özünü və itini öldürdü. Deyirlər ki, bundan əvvəl o, uzun müddət xərçəng və depressiya ilə mübarizə aparırdı.

Betsi, kabusların onun ətrafında dolaşmasına baxmayaraq, öz restoran-mehmanxana biznesini davam etdirəcəyinə inandırır.

 Brennan- ın (Brennan’s)

Yeni Orlean, Luiziana Ştatı

Bu məkanın qapıları 1756-cı ildən bəri açıqdır. Təəccüblü deyil ki, Fransa Məhəlləsindəki  tarixi binada əfsanəvi keçmişlə kabuslar saxlandılar. Yeni Orlean, kabuslar, vampirlər və cadugərliklə dərindən qarışmış özünün turistik həyatı ilə məşhurdur. Məsələn, mənzillərində 14 qansız cəsədi tərk edən vampir qardaşların hekayəsi. Və edamdan sonra onların ruhları hələ də bu məhlədə görünür.

Beləliklə, Brennanın öz qəhrəmanları var - XIX əsrin əfsanəvi şahmatçısı Pol Merfi və bacarıqlı aşpaz Pol Blanje. Birinci tez-tez Brennan restoranında dincəlir və məkanın yuxarı otağını tutmağı sevirdi. Evində vanna otağında ölmüşdü, , amma restorana "baş çəkməyi" sevir, buna görə onun üçün hələ də şahmat taxtası qoyulur.

İkinci qəhrəman, ötən əsrdə vəfat etmiş aşpaz Pol Blanjedir. O, hələ də restoranın mətbəxinə "nəzarət edir". Evin sahibi Ralf Brennen xatırlayır: “Son təmir zamanı restoran 18 ay bağlandı, buna görə məşhur aşbazın ruhu həyəcan keçirdi. İlk dəfə təmirdən sonra binaya daxil olduğumuz zaman, qablarda hərəkət edən səslərin qarışıq səslərini eşitdik. Mətbəxdə səhər yeməyi hazırlandığını hiss etdim. " Bundan sonra baş aşpazın portreti salonda asıldı ki, baş verənləri izləsin və bu məkanın bir hissəsi olduğunu bilsin.

Burulmuş tənək restoranı (Twisted Vine Restaurant)

Derbi, Konnektikut

Eləcə bu yerin tarixini eşitmək kifayət edir ki,  ləzzətli Tuscan qızılbalığı çəngəldə qalır. Lakin qonaqlar restorana axın edir və burada fəlakətli daşqının əks-sədasını hiss etmək üçün xüsusi paranormal turlar satırlar.

" Burulmuş tənək" 1892-ci ildə keçmiş Birmingem Milli Bankının binasında yerləşir. Restoranın əsas zalı əvvəllər güclü sel nəticəsində torpaqdan yuyulmuş tabutların saxlandığı yerdədir. 1955-ci ildə Nauqatak Vadisi ərazisi yaxınlaşan iki qasırğadan əziyyət çəkdi. Bu, 100 ildə bir dəfə olur və nəticəsi fəlakətli olmuşdur. Yalnız evlər deyil, həm də bir çox qəbiristanlıqlar məhv oldu. "Tabutlar çaylar boyunca üzürdü" deyir restoran sahibi Mayk Pikone. - Bank toplanmış qutular üçün meyitxana və ya məzar kimi istifadə olunurdu. Müəssisəmizə gələn bir çox qonaq, orada heç kim olmadığı zaman kiminsə kürəklərinin arxasında olduğunu hiss etdikləri üçün dəfələrlə müraciət etmişlər. Şəxsən mən zaman-zaman səslər eşidirəm və çox vaxt predmetlərin yeri dəyişir. Gecə olan bütün paranormal hadisələri izləmək çətin işdir. "

Baş ofisiant, səslərin gəldiyi yerləri bir neçə dəfə yoxlamalı olduğunu təsdiqləyir. 

"Napoleon Evi" (Napoleon House)

Yeni Orlean, Luiziana

Binanın hər kəs üçün dəhşətli olduğu deyilir, xüsusən də qullar üçün otaqların yerləşdiyi söylənən 4-cü mərtəbənin çardağı. 200 ildən çoxdur ki, evdə çoxsaylı rekonstruksiya işləri aparmışdır və buna baxmayaraq o, 1814-cü ildəki görkəmindədir. O zaman şəhər meri Nikolas Jiroda, bu yeri sürgündən sonra Napoleonun görüşü üçün  hazırlamışdı. Bu baş vermədi.

İndi ev anomaliya tədqiqatçıları ilə dolu olur. Onların hökmü: "İmperatorun evi" kabuslarla qaynaşır.

Özünün mufulettosu ilə (küncütlə Siciliya yumru çörəyində sendviç)  məşhur olan restoranda ekstrasenslər hər küncdə kabusları görürlər. Restoranın sahibi Kris izah edir: "Onlar hər yerdə kabusları tapırlar. Nərdivanın ayaqaltısında kapitan durur.. Ölən qadın həyətdə gəzir. Onun öldürüldüyünü deyə bilmirlər. " Tədqiqatçılar restoranda barın yanında oturmağı sevən dənizçi ruhunun olduğunu iddia edirlər. Müəssisənin işçiləri isə bunlara səhər tapdıqları səpələnmiş şüşələrlə haqq qazandırırlar.

Kris bir gün fotoqrafın onlara necə zəng etdiyini yada salır və təəccüblə şəkildə pəncərənin arxasında kişi və qadının aydın  şəkildə düşdüyünü söylədi. Yeganə qəribəlik odur ki, pəncərə 4-cü mərtəbədədir və pilləkənlər ora qalxmır.

Bütün bu hekayələr, qeyri-adi yerdə nahar zamanı kürəyinizin arxasında gözlənilməz qonağın dura biləcəyini göstərir.

Hələ ki, təcrid vəziyyətindəyik, istər kabuslu, istər onsuz, bütün restoranlara yolumuz bağlıdır. Ancaq ruhdan düşməyək! Peşəkar aşpazların hazırladıqları yeməklərin resptlərni və qaydasını internetdə tapıb özümüz üçün  yeni dadlı xörəklər kəşf edə bilərik.

Mənbə: wday.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR