Slimfit
  1. İDMAN

Juventus Messini icarəyə götürmək istəyib

Juventus Messini icarəyə götürmək istəyib
Sakura

Juventus Messini icarəyə götürmək istəyib

Juventus-un sabiq baş məşqçisi Fabio Kapello maraqlı açıqlama ilə diqqət çəkib.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis "qoca sinyora"nın onun rəhbərliyi altında olarkən Barcelona-nın lideri Lionel Messi ilə maraqlandığını bildirib.

Kapello onu icarəyə götürməyə çalışdıqlarını vurğulayıb: "Messini ilk dəfə 16 yaşında "Qamper kuboku"nda görmüşdüm. Meydana daxil olandan sonra azarkeşlər inanılmaz dərəcədə həzz aldılar. Raykarda yaxınlaşıb onu icarəyə götürmək istədiyimizi dedim. Həmin vaxt Avropa Birliyi vətəndaşlığı daşımayan 3 oyunçu məsələsində problem yaşayırdılar. Ancaq o mənə bildirdi ki, Barcelona Messiyə bu vətəndaşlığı vermək üçün bir yol tapacaq".

Qeyd edək ki, Fabio Kapello 2004-2006-c illərdə Juventus-u çalışdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR