Slimfit
  1. CƏMİYYƏT

Jurnalistlər rayonlara yalnız belə gedə bilərlər - Operativ Qərargah

Jurnalistlər rayonlara yalnız belə gedə bilərlər - Operativ Qərargah
Sakura

Jurnalistlər rayonlara yalnız belə gedə bilərlər - Operativ Qərargah

Jurnalistlərin paytaxtdan rayonlara hərəkət etməsi üçün ezamiyyə vərəqi tələb olunur.

Ens.az APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O qeyd edib ki, bu, çox sadə bir tələbdir: “Düşünmürəm ki, ezamiyyə vərəqinin verilməsi hər hansı ciddi problem yaratsın. Amma bu ən azından insanların hərəkətini nəzarətdə saxlamağa imkan verər. Ezamiyyə vərəqi normal bir şeydir. Bu gün bütün dövlət qurumlarında bu tələb olunur. Hər hansı rayona getdikdə, doğrudan da öz vəzifə borcunu yerinə yetirmək üçün gedirsə, bu, ezamiyyədir. Ona görə də ezamiyyə vərəqi verilməlidir”.

Ş. Mövsümov əlavə edib ki, şirkət ezamiyyə vərəqini mümkün qədər tez verməlidir: “Yarım saat ərzində ezamiyyə vərəqi verilməlidir ki, jurnalist hadisə yerinə gedə bilsin”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR