Jirinovski yazdı: Onu devirəcəklər, ölkə parçalanacaq
Ukrayna tezliklə parçalanacaq.
Axar.az xəbər verir ki, bu sözləri öz Teleqram səhifəsində Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski paylaşıb.
“Bütün ölkə qan içindədir, iqtisadiyyat yoxdur, insanlar qaçırlar. Zelenski belə Ukraynanın prezidenti olaraq yalnız iki il qala bilər, daha sonra onu devirəcəklər. Orada minlərlə silahlı insan, ukraynayönlü millətçi var, hansı ki, artıq qan iyini hiss ediblər. Onlara sülh lazım deyil, onlar sadəcə quldurluq, qatillik etmək istəyirlər. Onlar Ukraynada hakimiyyətə özlərinin Pinoçetini gətirə bilərlər. Daha sonra onu da devirəcəklər. Hər şey ilk növbədə Ukraynanın parçalanması, daha sonra isə bütün Ukraynanın Rusiyanın tərkibinə qaytarılması ilə nəticələnəcək”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət