Slimfit
  1. AZƏRBAYCAN

Jan-Fransua Mansel: 'Dağlıq Qarabağ separatçıları ilə imzalanan xartiyaların ləğvi sevindirici hadisədir'

Jan-Fransua Mansel: 'Dağlıq Qarabağ separatçıları ilə imzalanan xartiyaların ləğvi sevindirici hadisədir'
Sakura

Jan-Fransua Mansel: 'Dağlıq Qarabağ separatçıları ilə imzalanan xartiyaların ləğvi sevindirici hadisədir'

 

"Şuşa şəhəri ilə imzalanan xartiyanın ləğv edilməsi üçqat sevindirici hadisədir".

Bu fikirləri "Report"un yerli bürosuna Fransanın San-Etien şəhəri ilə Şuşa şəhərinin separatçı rəhbəri arasında imzalanmış "Dostluq Xartiyası"nın bu ölkənin Lion İnzibati Məhkəməsi tərəfindən ləğv edilməsinə münasibət bildirən Fransada Azərbaycanın Dostları Asossiasiyasının prezidenti Jan-Fransua Mansel bildirib.

"Bu xartiyanın ləğv edilməsi ilk öncə Fransa məhkəmələri tərəfindən Dağlıq Qarabağ separatçıları ilə imzalanan xartiyaların ləğv edilməsi haqqında bundan öncə verilmiş qərarların tamamilə ədalətli və düzgün olduğunu bir daha nümayiş etdirir. İkincisi, Şuşa şəhəri Azərbaycan üçün simvolik məna daşıyır. Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir ki, bu gün işğalçı Ermənistan tərəfindən dağıdılır. Üçüncüsü, qərar on gün bundan əvvəl Dağlıq Qarabağa səfər edən fransalı deputatlar üçün bir həyəcan siqnalıdır. Bu qərar onlara Fransanın xarici siyasətini kobud surətdə pozduqlarını anlatmalıdır", - deyə Jan-Fransua Mansel bildirib.

Qeyd edək ki, Fransanın Lyon İnzibati Məhkəməsi Sənt-Etyen və Desin-Şarpyö şəhərləri ilə Azərbaycanın 27 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış iki xartiyanı ləğv edib. Bu xartiyalardan biri 2018-ci il oktyabrın 21-də Fransanın Sənt-Etyen şəhəri ilə Şuşanın, digəri isə 2017-ci ilin sentyabrın 25-də Fransanın Desin-Şarpyö şəhəri ilə separatçılar arasında imzalanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR