Dərc edildi: Baxış sayı: 469
Jak Şirakın adı əbədiləşdiriləcək
Fransanın keçmiş prezidenti Jak Şirakın adı əbədiləşdiriləcək.
“Qafqazinfo”nun “Montagne”yə istinadən bildirir ki, bu barədə Sent-Fereol kommunasının meri Anri Sulye məlumat verib.
Onun sözlərinə görə, kommunada yerləşən meydanın ölkənin keçmiş prezidenti Jak Şirakın şərəfinə adlandırmaq qərarına gəlinib.
Qeyd edək ki, J.Şirak sentyabrın 26-da 86 yaşında vəfat edib. O, Parisdə Monparnas qəbiristanlığında dəfn olunub. Siyasətçi 1995-2007-ci illərdə Fransaya rəhbərlik edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət