Slimfit
  1. İQTİSADİYYAT

İxrac edilən qeyri-neft məhsullarının müxtəlifliyi artıb - Nazir

İxrac edilən qeyri-neft məhsullarının müxtəlifliyi artıb - Nazir
Sakura

İxrac edilən qeyri-neft məhsullarının müxtəlifliyi artıb - Nazir

İxrac edilən qeyri-neft məhsullarının müxtəlifliyi artıb.

Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, 2018-2022-ci illər ərzində sənaye məhsulları ixracının əmtəə nomenklaturası 884-dən 1.204-ə, kənd təsərrüfatı istehsalı və emalı məhsulları ixracının əmtəə nomenklaturası isə 307-dən 332-yə yüksəlib.

"Bu göstərici qeyri-neft-qaz sahəsində ixrac edilən məhsulların müxtəlifliyinin artmasını və ixrac potensialının genişləndirilməsini ifadə edir", - M.Cabbarov yazıb.

Qeyd edək ki, 2018-2022-ci illər ərzində ölkəmizin qeyri-neft-qaz ixracı həm faktiki qiymətlərlə, həm də real ifadədə artaraq 1,72 mlrd. dollardan 3,05 mlrd. dollara çatıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR