Dərc edildi: Baxış sayı: 437
IX sinif üzrə buraxılış imtahanları bir mərhələdə keçiriləcək
"İyun ayında 9-cu sinif buraxılış imtahanlarının bir mərhələdə keçirilməsi planlaşdırılır".
Ens.az "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
DİM sədri bildirib ki, Bakı, Şirvan və Naxçıvanda I mərhələ keçirildiyinə görə digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər: "Bu mərhələ üzrə maksimal bal 70 deyil, 100 bal olaraq hesablanacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət