Slimfit
  1. BİOQRAFİYA

İvan Qudoviç

İvan Qudoviç
Sakura

İvan Qudoviç - İvan Vasilyeviç Qudoviç - Rusiya imperiyasının generalı

İvan Vasilyeviç Qudoviç (d. 1741 – ö. 1820) — Rusiya imperiyasının generalı

1803-cü il oktyabrın 3-də isə Senatın Gürcüstanda gömrükxanalar yaradılması və gömrük ödənişlərinin Həştərxan tarifi üzrə toplanması haqqında qərarı olmuşdu. Tezliklə Azərbaycan ərazisində gömrük məntəqələrinin təşkilinə hazırlıq görüldü. Qafqazdakı rus qoşunlarının baş komandanı İ.V.Qudoviç Rusiya Kommersiya nazirliyinə göndərdiyi təliqədə ilk gömrükxananın Bakıda yaradılmasını mümkün hesab edirdi. 1806-cı ilin oktyabrında Bakı xanlığının işğal edilməsindən az sonra,1807-ci ilin yanvarında həmin təliqə təsdiq edilməsi üçün imperatora təqdim edilmişdi. Rusiya hökuməti Bakı limanının mal dövriyyəsinə nəzarət etmək üçün burada 1807-ci il yanvarın 25-də Rusiya imperiyası Senatının Bakıda gömrük təsisatı yaradılması haqqında fərmanı oldu. Lakin 1804-cü ildən Rusiya ilə Qacarlar dövləti arasında başlanan hərbi əməliyyatların davam etməsi gömrükxananın açılmasını bir qədər ləngitmişdi. 1809-cu il avqustun 6-da çarın “Bakı gömrükxanasının açılması haqqında” adlı xüsusi fərmanı oldu.

 

Məktublar

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR