Slimfit
  1. ƏDƏBİYYAT

İvan Krılov - Eşşək və bülbül

İvan Krılov - Eşşək və bülbül
Sakura

İvan Krılov - Eşşək və bülbül (Tərcümə edən:Abbasqulu ağa Bakıxanov)

Nəqlidir bülbülü görüb eşşək,
Dedi: «Qəlbimdə vardır üqdeyi-şəkk.
Xalq edər sövtü, ləhcəni tərif,
İstərəm mən həm eyləyim tövsif.
Ey olan hüsnü-sövtdə məruf!
Eylə bu şəkk üqdəsin məkşuf.
Xalq əqvalı ta ola məlum,
Sidqü kizbini mən edim məfhum.
Et bu dəm bir nəvayi-xoş avaz,
Qıl qəbul iltimasım, eyləmə naz.
Eşşəyin iltimasın ol bülbül,
Çün qəbul etdi, eylədi qülğül.
Guşini tutdu xər ki, çün nasus,
Özü həm durdu sakitü salus.
Eşidib sövt nəğməsini tamam,
Dedi: «Səd heyf, heyf, heyf müdam!
Gərçi aləm içindəsən məşhur,
Şöhrəti-kizbə olma sən məğrur!
Nəğmədə nəqs çox və leyk, əfsus!
Sənə təlim etməyibdi xorus.
Nə xoşavazdır, xorusi-səba,
Qəlbi şad eləyir qılanda səda!..»
Bülbülə sözləri edib təsir,
Dedi: «Xoşdur sənə həmişə nəfir!
Ləhni-sövtim edər cahana əsər,
Sənə təsir etmədi, ey xər?!»
Bülbül azürdə eylədi pərvaz,
Bu misal ilə çox olur pərdaz!
Ol kəsin halı matdır heyran,
Özü aqil, mürəccəhi nadan!
Bizə xaliq ola müinü pənah,
Cahil hakim edəndə əmri-təbah!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR