Slimfit
  1. TƏHSİL VƏ KARYERA

IV sinif şagirdləri monitorinqə cəlb olunub

IV sinif şagirdləri monitorinqə cəlb olunub
Sakura

IV sinif şagirdləri monitorinqə cəlb olunub

Paytaxtda ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunub.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva monitoriq prosesinin gedişatını izləyib.

Qeyd edib ki, monitorinqin nəticələri cari ildə IV sinfi bitirəcək şagirdlərin tədris dili və riyaziyyat fənlərindən ölkə üzrə məktəblərin reytinq göstəricisini müəyyənləşdirməyə, həmçinin bu fənlər üzrə həmin şagirdlərin hazırlıq vəziyyətini öz yaşıdları ilə müqayisə etməyə imkan yaradacaq.

Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR