İTV-nin rəhbərliyində daha bir deyişiklik
İctimai Televiziyada kadr dəyişiklikləri davam edir.
Publika.az xəbər verir ki, İTV-nin İnformasiya Departamentinin direktoru Ələsgər Vəliyev öz ərizəsi ilə işdən çıxması ilə bağlı rəhbərliyə müraciət edib.
Telekanal rəhbərliyi Ə.Vəliyevin ərizəsini qəbul edib.
Qeyd edək ki, Ələsgər Vəliyev 2000-2001-ci illərdə "7 gün", 2002-2005-cü illərdə "Həftə içi" qəzetlərində, 2005-2006-cı illərdə İctimai radionun İnformasiya Departamentində redaktor, 2006-2011-cı illərdə İctimai Televiziyanın İnformasiya Departamentində böyük redaktor vəzifələrində çalışıb.
2012-2016-cı illərdə həmin departamentdə şərhçi vəzifəsində işləyib. 2016-2017-ci illərdə İTV İnformasiya departamentinin direktor müavini olub. 2017-ci ildən isə o, İTV-də departament rəhbəri idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət