Dərc edildi: Baxış sayı: 666
İtmiş üzüyünü 47 il sonra tapdı
ABŞ-ın Maine əyalətəndə 1973-cü ildə itən üzük 47 il sonra Finlandiyada bir meşədə tapılıb.
Redaktor.az xəbər verir ki, Makkena adlı qadına əri tərəfindən 1973-cü ildə hədiyyə edilən üzük itdikdən 47 il sonra Finlandiyada bir metalaxtaran tərəfindən tapılıb.
Marko Saaraynen adlı metalaxtaran üzüyü Finlandiyanın Karina qəsəbəsində meşədə 20 sm dərinlikdən tapıb.
Üzüyün üstündəki yazıları oxuyaraq onun amerikalı bir qadına aid olduğunu öyrənən Marko, onu sahibinə göndərib.
Poçt qutusunda artıq özü də unutduğu üzüyü görən qadın onu göndərənə təşəkkür edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət