Slimfit
  1. AZƏRBAYCAN

İtkin heykəl Azərbaycanda tapıldı

İtkin heykəl Azərbaycanda tapıldı
Sakura

İtkin heykəl Azərbaycanda tapıldı

Bakıda rus “Roden”i adlandırılan Stepan Erzinin “Tartalşik” heykəli aşkarlanıb. Uzun müddət bu əsər məhv edilmiş hesab olunub. 

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, məşhur heykəltəraşın əl işini sentyabrda Azərbaycana gələn Erzi adına beynəlxalq yaradıcılıq fondunun prezidenti Yelena Burtova tapıb. 

Bir neçə onillikdir ki, Yelena müxtəlif ölkələrdə müəllifin əsərlərinin axtarışı ilə məşğuldur. 

Neftçinin əks olunduğu “Tartalşik” heykəli 1924-cü ildə yaradılıb. Bu, müəllifin məşhur “Bakı” seriyasının ən yaxşı əsərlərindəndir. 

Məlum olub ki, “Tartalşik” məşhur memar Məlikovun 1830-1840-cı illərdə tikilmiş evinin fasadını bəzəyir. Bu əsər Bakı neftçilərinə həsr olunmuş ilk işlərdən biridir. Heykəlin restavrasiyaya ehtiyacı var. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR