İtirilmiş qədim şəhər tapılıb
Bu barədə Phys.org-da məlumat verilib.
Şəhər Təl-Əvivdən 50 km şimalda yerləşən Hariş yaşayış məskəninin yaxınlığında, avtomagistralın tikintisinə hazırlıq zamanı aşkarlanıb.
65 hektar ərazini əhatə edən şəhərdə 6 min insan yaşayıbmış. Şəhərin küçələri, dalan və meydanları, o cümlədən drenaj sistemi və anbarları qazıntılar nəticəsində üzə çıxıb.
Araşdırmaçılar şəhərdə məbəd və güman ki, həmin məbəddə qurban olaraq kəsilmiş heyvanların sümüklərini aşkarlayıblar. Artefaktlar içində heykəl başlıqları, keramika qalıqları, daş qablar və alətlər də var.
Arxeoloqların fikrincə, tapıntılar sosial ierarxiyanın unikal sübutudur. Əvvəllər hesab olunurdu ki, o dövrlərdə kənd təsərrüfatı ilə məşğul olanlar yenicə şəhər yaşayışına başlayıblar.
O da qeyd olunub ki, qalıqlar altında yaşı yeddi minə çatan daha qədim yaşayış məntəqəsinin izləri tapılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət