Dərc edildi: Baxış sayı: 591
İtaliyanın məşhur geyim firması fabriklərini bağladı
Modelyer Corcio Armani İtaliyada koronavirusun yayılması ilə əlaqədar olaraq sahibi olduğu şirkətin Milan şəhərində yerləşən ofisini və ölkənin beş regionunda yerləşən tikiş fabriklərinin bağlanılması barədə göstəriş verib.
ANSA agentliyi məlumat verir ki, İtaliyada ötən gün 152 nəfər koronavirusa yoluxub, onlardan üçü vəfat edib.
Corcio Armani dünən Milan şəhərində keçirməli olduğu moda sərgisini də təxirə salıb.
ANSA agentliyi xəbər verir ki, koronavirusun yayılma səbəbi ilə bağlı Milanda məktəblər, teatrlar, bar və gecə klubları bağlanıb. Milanın dünya şöhrətli “La Skala” opera teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət