Slimfit
  1. İDMAN

İtaliyanın “İnter” futbol klubunun prezidenti dəyişib

İtaliyanın “İnter” futbol klubunun prezidenti dəyişib
Sakura

İtaliyanın “İnter” futbol klubunun prezidenti dəyişib

İtaliyanın “İnter” futbol klubunun prezidenti dəyişib.

Report”un ESPN-ə istinadən verdiyi məlumata görə, Milan təmsilçisinin yeni rəhbəri Stiven Çjan olub.

Çinli iş adamı bu postda indoneziyalı Erik Tohiri əvəzləyib. O, “nerazzurri”nin 21-ci prezidenti olub. 27 yaşlı S.Çjan “İnter”in əsas səhimdarı “Suning Holdings Group”un sahibi Çjan Tszindunun oğludur. Bildirilir ki, S.Çjan atası 2016-cı ilin iyununda səhmləri əldə edəndən bəri klubun işinə nəzarət edir. E.Tohir isə son iki ildə formal şəkildə prezident postunu tutub.

Klubdakı digər əsas vəzifələrdə dəyişiklik olmayıb. “İnter”in sabiq kapitanı Xavyer Zanetti vitse-prezident, Alessandro Antonello isə baş menecer postunda qalıb.

Qeyd edək ki, “İnter” İtaliya A Seriyasında 9 turdan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb. "Qırmızı-qaralar" Çempionlar Liqasında yer aldığı qrupda 6 xalla 2-ci sıradadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR