İtaliyanın “Eni” şirkəti Misirin Qərb səhrasında təbii qaz yatağı kəşf edib
İtaliyanın “Eni” neft-qaz konserni Misirin Qərb səhrasında yeni qaz yatağı kəşf edib.
AZƏRTAC konsernə istinadla xəbər verir ki, qaz yatağı 17 min futa yaxın dərinlikdə yerləşir. Yeni aşkar edilmiş qaz yatağı Misirin Qərb səhrasında həyata keçirilən “South West Meleiha” iri perspektivli neft-qaz layihəsi çərçivəsində aparılan işlər nəticəsində kəşf olunub.
Misirin Neft və Təbii Ehtiyatlar Nazirliyi bu ilin avqustun ortalarında İtaliyanın “Eni” şirkəti də daxil olmaqla bir neçə xarici şirkətlə neft və qazın kəşfinə dair müqavilələr imzalayıb. Bu razılaşmalar çərçivəsində edilən investisiyaların ümumi həcmi 139 milyon dolları keçəcək.
Xatırladaq ki, “Eni” 2015-ci ildə Misirdə 850 milyard kubmetr təbii qaz ehtiyatı olan iri “Zohr” yatağını kəşf edib. Bu yatağın işlənməsi layihəsində “Eni” 50 faiz, “Rosneft” 30 faiz, BP 10 faiz və Birləşmiş Ərəb Əmirliklərinin “Mubadala Petroleum” şirkəti isə 10 faizlik səhmdardır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət