Dərc edildi: Baxış sayı: 432
İtaliyanın ən gözəl şəhəri seçildi
İtaliyada “Borgo dei Borghi” müsabiqəsi çərçivəsində ölkənin ən gözəl şəhəri seçilib. “Qafqazinfo”nun “initalia.virgilio.it” saytına istinadən məlumatına görə, bu adı Bobbio şəhəri qazanıb.
3500 nəfər əhalisi olan qalib şəhər Pyaçentsa əyalətində yerləşir. Şəhərin simvolu San-Kolobano monastırı hesab olunur. Bobbio “Ponte Vekkyo” adlı barokko üslubunda tikilmiş yunan körpüsü ilə də məşhurdur. Uzunluğu 280 metr olan tikilinin 11 arkası var.
Şəhər, həmçinin, burada öz kino festivalını təşkil edən rejissor Marko Bellokkyonun doğum yeridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət