İtaliyanı birləşdirən türk karikaturaçı
İtaliyada onlarla insanın ölməsinə səbəb olan Morandi körpüsünün çökməsindən sonra ən təsirli həmrəylik mesajlarından birinin müəllifi türk karikaturaçı rəssam Gökçen Eke olub.
Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İtaliyada yaşayan karikaturaçı rəssam körpünün dağılmasından sonra Genuya şəhərinin “Cenoa” və “Sampdoriya” rəqib futbol klubları tərəfdarlarının çiyin-çiyinə körpünü birləşdirməsinin yer aldığı əsər ərsəyə gətitib.
G. Ekenin karikaturası sosial şəbəkələrdə minlərlə dəfə paylaşılıb. 36 yaşlı karikaturaçı rəssam 3,5 ildir İtaliyada yaşayır. G. Eke əsəri ilk dəfə paylaşanda bu qədər geniş yayılacağını gözləmədiyini qeyd edib: “Karikaturanın rəmzə çevriləcəyini təxmin etməmişdim. Bir çox məşhur mənə mesaj göndərdi”. Memar Sinan İncəsənət Universitetinin məzunu olan G. Eke xüsusilə futbol mövzularına dair karikaturlar çəkir.
Qeyd edək ki, İtaliyanın ən böyük idman qəzetlərindən biri olan “Corriere dello Sport” karikaturanı ötən gün baş səhifəyə çıxarıb. Ölkənin daxili işlər naziri Matteo Salvani və yığma komandanın baş məşqçisi Roberto Mançini öz “Twitter” səhifələrində rəsmi paylaşıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət