Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İtaliyadan olan xəstənin göz yaşlarında koronavirus izləri tapılıb

İtaliyadan olan xəstənin göz yaşlarında koronavirus izləri tapılıb
Sakura

İtaliyadan olan xəstənin göz yaşlarında koronavirus izləri tapılıb

Tədqiqatçılar gözlərin digər insanlar üçün yoluxma mənbəyinə çevrilə biləcəyi barədə xəbərdarlıq ediblər.

Ens.az bildirir ki, Lazzaro Spallanzani adına Milli Yoluxucu Xəstəliklər İnstitutunun alimləri yaşlı bir italyan qadının göz yaşlarında SARS-CoV-2 izlərini tapıblar. Bu barədə məlumatı "Annals of Internal Medicine" jurnalı yayıb.

Məlum olub ki, gözün selikli qişasının sekresiyalarının analizi, hətta udlaqdan götürülən ənənəvi yaxma nəticələri mənfi olduqda belə koronavirus infeksiyasının mövcudluğunu müəyyənləşdirir. Artıq həkimlər xəstəliyi aşkarlamaq üçün başqa bir alətə də sahib olacaqlar. Tədqiqat iştirakçıları hesab edirlər ki, indi virusun gözün selikli qişasında nə qədər aktiv qala biləcəyini tapmaq lazımdır.

Onlar qeyd ediiblər ki, apardıqları müşahidələrin nəticələri gözlərin virus üçün “qapı” deyil, digər insanlar üçün də infeksiya mənbəyi ola biləcəyini göstərir. Eyni zamanda, bu tədqiqatlar pandemiya dövründə xəstələrlə işləyərkən oftalmoloqların fərdi qoruyucu vasitələrdən istifadə etməli olduğu qənaətinə gəlməyə imkan verir.

Xatırladaq ki həkimlər tərəfindən bu kəşf, yanvar ayında Çinin Uhan şəhərindən - ilk dəfə yeni xəstəliyin başlanmasının qeydə alındığı yerdən qayıdan 65 yaşlı qadın sayəsində mümkün olub. Konyunktivit səbəbiylə, gözün selikli qişasından yaxma götürülüb. Onda virus DNT-sinin qaldığı ortaya çıxıb. Qeyd olunur ki, SARS-CoV-2 izləri üç həftə ərzində gözyaşı mayesinin içərisində qalıb, ancaqq virusi hissəciklərin sayı tədricən azalıbmış.

 

Mənbə: mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR