Dərc edildi: Baxış sayı: 468
İtaliyada turistlərə çəkələklə gəzmək qadağan edilir
İtaliyanın Liquriya vilayətində Çinkve-Terre milli parkının rəhbərliyi turistlərə parkın ərazisinə çəkələklə daxil olmağı qadağan etmək qərarına gəlib.
Trend-in məlumatına görə, qaydanı pozanlar təqribən 2 avro məbləğində cərimə olunacaqlar.
Bu qərarın qəbul edilməsinə səbəb yerli dağ-xilasetmə bölməsinin nümayəndələrinin turistlərin dağlıq ərazilərdə qeyri-münasib ayaqqabı ilə gəzmələrindən şikayət etməsi olub.
Xilasedicilər onların çəkələk və digər oxşar ayaq geyimi növləri ilə qayalıq ərazilərə getməyini təhlükəli hesab edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət