Dərc edildi: Baxış sayı: 569
İtaliyada son 24 saatda 482 nəfər koronavirusdan ölüb
İtaliyada son bir gündə yeni növ koronavirusun yaratdığı infeksiyadan 482 nəfər ölüb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə məlumat Mülki Müdafiə Departamenti tərəfindən açıqlanıb.
Həmçinin koronavirusun yaratdığı xəstəlikdən sağalmış insanların sayında artım var – son bir gündə 2200 nəfər sağalıb. Müalicə olunanların ümumi sayı, demək olar ki, 45 minə çatıb, ölənlərin sayı 23 227 nəfər olub, onlardan 12 mini ölkədə epidemiyanın episentri sayılan Lombardiyanın şimal bölgəsinin payına düşür.
İtaliyada gün ərzində koronavirusa yoluxanların sayı 3491 nəfər olub və bununla da ümumilikdə yoluxanların sayı 175 925 nəfərə çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət