Slimfit
  1. DÜNYA

İtaliyada dünyanın ən hündür yolkası işıqlarını yandırıb

İtaliyada dünyanın ən hündür yolkası işıqlarını yandırıb
Sakura

İtaliyada dünyanın ən hündür yolkası işıqlarını yandırıb

İtaliyada dünyanın ən hündür yolkası öz işıqlarını yandırıb. AZƏRTAC Umbria24 portalına istinadla xəbər verir ki, bu ölkənin Qubbio şəhərində Yeni il yolkası işıqlarının yandırılması mərasimi keçirilib.

Şəhərin ətrafındakı İncino dağının ətəyində quraşdırılan hündürlüyü 750 metr, eni 450 metr olan Yeni il yolkasında rəngarəng işıqlandırma sistemi mövcuddur. Belə ki, həmin sistemdə 700-dən çox elektrik kabeli ilə birləşdirilən neon lampalarından istifadə olunub. Yolkanın zirvəsində hər beş dəqiqdən bir rəngini dəyişən Yeni il ulduzu var. Neon lampaları olan yolka Qubbio şəhərində artıq 38 ildir quraşdırılır. Onu ilk dəfə könüllülər qurublar. Qubbionun “Yeni il gözəlini” dünyanın ən böyük yolkası kimi 1991-ci ildə Ginnesin Rekordlar Kitabına daxil ediblər. 2014-ci ildə isə onun işıqlarını Roma Papası Fransisk yandırıb. Yolkanın rəngarəng işıqları yanvarın sonuna qədər şəhər sakinlərinin və qonaqların gözünü oxşayacaq.

Qeyd olunur ki, Yeni ilin rəmzi bütün dünyadan turistləri də Qubbio şəhərinə cəlb edir. Yolkanın qurulması mərasimi gecənin qaranlıq səmasını parlaq işıqlara qərq edən atəşfəşanlıqla müşayiət olunub. Bu il mərasim iştirakçılarına öz doğma adamına həsr etdiyi ulduzu seçmək təklif olunub. Əldə olunan gəlir isə “Save The Children” fondunun hesabına köçürüləcək.

Dünyanın ən bahalı Yeni il yolkası isə İspaniyada qurulub. Onun üzərinə asılan “Chanel” və “Louis Vuitton” oyuncaqlarının qiymətinin bir neçə milyon avro olduğu bildirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR