İtaliyada deputatların sayının azaldılmasına dair qanun layihəsi təsdiq olunub
İtaliya Nümayəndələr Palatası deputatların və senatorların sayının azaldılmasına dair qanun layihəsini təsdiq edib.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, senat tərəfindən ilk oxunuşda qəbul edilmiş qanun layihəsinin lehinə 310, əleyhinə isə 107 senator səs verdiyi halda, 5 nəfər bitərəf qalıb.
Hazırda qanun layihəsinin ali palataya ötürüldüyü bildirilib.
Qey edilib ki, Ali Palata qanun layihəsinin mətnini dəyişmədən onu təsdiq edə və ya qəbul etməyə bilər
İslahatın lehinə hakim “5 Ulduz” hərəkatı və “Şimal liqası” partiyaları, Silvia Berluskoninin başçılıq etdiyi sağ mərkəz “Forza İtaliya” (İrəli İtaliya) partiyası və millətçi “Fratelli d’Italia” (İtaliyanın qardaşları) partiyası səs verərkən, əleyhinə sol mərkəz “Partito Democratica” (Demokrat partiyası), solçu “Liberi e Uguali” (Azadlar və bərabərlər) partiyası, kiçik partiyalar – “Civica Popolare” və “+Europa” səs veriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət