Slimfit
  1. İDMAN

İtaliyada baş məşqçi 27:0 hesablı qələbəyə görə qovulub

İtaliyada baş məşqçi 27:0 hesablı qələbəyə görə qovulub
Sakura

İtaliyada baş məşqçi 27:0 hesablı qələbəyə görə qovulub

İtaliyanın yeniyetmə futbolçulardan ibarət "İnviktasauro" komandasının baş məşqçisi Massimiliano Riççini "Marina Kalço" üzərində 27:0 hesablı qələbə qazandıqları görüşdən sonra istefaya göndərilib.

"Report"un məlumatına görə, belə qərarın səbəbi rəqibə hörmətsizlik olub. Klub prezidenti Paolo Brogelli bildirib ki, belə böyük hesabla qalib gəldiklərini eşitdikdən sonra təsirləniblər: "Belə halın baş verməsindən dərin təəssüf hissi keçiririk. Bu, uşaq futbolunun dəyərlərinə tam ziddir. Rəqibə həmişə hörmətlə yanaşmaq lazımdır. Amma bu, bizim oyunda olmadı".

"Marina Kalço"dan dönə-dönə üzr istəyən Brogelli klub rəhbərliyi olaraq, yekdilliklə Riççinini istefaya göndərdiklərini açıqlayıb: "Məşqçilərimiz təkcə gənc futbolçuları məşq etdirməməli, həm də ilk növbədə, onları tərbiyə etməlidirlər. Bunu "Marina Kalço" ilə oyunda görmədik".

Öz növbəsində Riççini rəqibə hörmətsizlik etdiklərinə dair ittihamları rədd edib. O, yazdığı açıq məktubda rəqibə hörmətlə yanaşdıqlarını bildirib: "Hələ ilk 10 dəqiqə ərzində bir neçə qol vurmuşduq. Soyuq və yağışlı havada qalan 80 dəqiqəni oynamamağı rəqibdən xahiş etmək çox alçaldıcı addım olardı. Heç bir əsəbsiz, qayda pozuntusu və sarı vərəqələrsiz çıxış edirdik. Yaranmış vəziyyətdə rəqib həmkarıma kömək təklif etsəm də, o, oyunu davam etdirməyimizi istədi".

Baş məşqçinin fikrincə, idmandankənar hərəkət "Marino Kalço"ya qarşı kobud oyun, alçaldıcı sözlər demək, bir neçə qol vurmasına bilərəkdən şərait yaratmaq olardı. O, belə addımları özünə və futbolçularına yaraşdırmadığını söyləyib: "Bu əhvalatda əsl məğlubiyyət faktları bilmədən ikiüzlülük, saxtakarlıq, mənəviyyatsızlıq göstərməkdir. Belə qovulmağım öz tərəfimdən əvəzsiz qalmayacaq. Futbolçularımı bağrıma basıram. Tezliklə görüşənədək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR