Dərc edildi: Baxış sayı: 577
İtaliyada avtomobillərə yeni ekoloji vergi sistemi tətbiq olunub
İtaliya hökumətinin əhalinin ətraf mühiti daha az çirkləndirən avtomobilləri almağa təşviq edən yeni ekoloji vergi və ekoloji bonus sistemi haqqındakı qanunu qüvvəyə minib.
AZƏRTAC İtaliyanın “tpi.it” saytına istinadla xəbər verir ki, yeni sistem elektrik və hibrid avtomobilləri alan insanlar üçün vergi imtiyazları nəzərdə tutur.
Eko-verginin 2021-ci ilin dekabrın 31-dək alınan çirkləndirmə səviyyəsi yüksək olan avtomobillərə tətbiq olunacağı bildirilir.
Vergi yeni alınan avtomobilin karbon tullantılarından asılı olaraq 1100 ilə 2500 avro arasında dəyişəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət