Slimfit
  1. İDMAN

İtaliya siyasətçiləri Paris Olimpiadasının açılış mərasimini tənqid ediblər

İtaliya siyasətçiləri Paris Olimpiadasının açılış mərasimini tənqid ediblər
Sakura

İtaliya siyasətçiləri Paris Olimpiadasının açılış mərasimini tənqid ediblər

İtaliyanın Baş nazirinin müavini və infrastruktur naziri Matteo Salvini hesab edir ki, Parisdə Olimpiya Oyunlarının açılış mərasimi lazımi səviyyədə təşkil olunmayıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

"Dəhşətli başlanğıc, əziz fransızlar. Yazıq", - o deyib.

Salvini, həmçinin Olimpiadanın açılışının yayımından bir hissəni şərh edərək, Bibliyadakı Son Şam yeməyinin hekayəsinə istinad edərək, bunu dünyadakı milyonlarla xristianın təhqiri kimi xarakterizə edib.

"Gey parad mərasimini çox bəyəndim. Olimpiadanın nə vaxt keçiriləcəyini bilmirsiniz?"- İtaliyanın hakim “İtaliyanın qardaşları " Partiyasından olan avrodeputat Nikola Prokaççini “X” sosial şəbəkəsindəki paylaşımında tədbiri kinayə ilə qiymətləndirib.

"İtaliya qardaşları"nın senatoru Luço Malan paylaşmınıda Paris mərasiminin "Fransa və Avropanı utandırdığını", xüsusən də Son Şam yeməyinin Bibliya süjetini təqlid edən səhnəni nəzərdə tutduğunu vurğulayıb.

Olimpiya oyunları avqustun 11-dək davam edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR