Slimfit
  1. AZƏRBAYCAN

İtaliya Senatında Xocalı soyqırımı ilə bağlı bəyanat səsləndirilib

İtaliya Senatında Xocalı soyqırımı ilə bağlı bəyanat səsləndirilib
Sakura

İtaliya Senatında Xocalı soyqırımı ilə bağlı bəyanat səsləndirilib

 İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, hakim “5 Ulduz Hərəkatı” Partiyasının üzvü, senator Stefano Luçidi Senatın plenar iclasında Xocalısoyqırımının 27-ci ildönümü ilə əlaqədar çıxış edib. 

Report”un xəbərinə görə, senator qeyd edib ki, müasir tarixin az tanınan və ya demək olar, heç tanınmayan faciələrindən birini bu auditoriyaya və ölkəyə xatırlatmaq üçün İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yeni sədri kimi çıxış etməkdən məmnunluq duyur. 

“Məhz bu gün, 26 fevral 1992-ci il tarixi Xocalı qətliamının iyirmi yeddinci ildönümüdür və bu gündə Dağlıq Qarabağ müharibəsi zamanı çoxlu sayda etnik mülki azərbaycanlı qətlə yetirilmişdir. Ermənistan ordusunun Xocalı şəhərinə hücumu zamanı müxtəlif qiymətləndirmələrə görə 613 mülki şəxs öldürülmüş, bir çoxları əsir götürülmüşdür. “Human Rights Watch” təşkilatı Xocalı qətliamını “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən böyük və dəhşətli qırğını” kimi təsvir etmişdir.

Xatırlatmalıyam ki, Sovet İttifaqının dağılması və ittifaqı təşkil edən çoxsaylı etnik qrupların müstəqillik qazanması kontekstində sovet sisteminin çökməsindən sonra həmin etnik qruplar öz aralarında müharibəyə başladılar. Təəssüf ki biz Balkan yarımadasında olduğu kimi gördük ki, keçmiş sovet respublikalarının müstəqillik hərəkatlarının doğurduğu müharibələr əsl soyqırımlar yaratdılar və başqasına münasibətdə bir etnik qrupun kökünü kəsmək məqsədilə əhaliyə zərbələr endirdilər.

Dağlıq Qarabağ müharibəsi ümumiyyətlə az tanınmışdır, lakin bu gün də davam edir. Keçmiş qanunvericlik dönəmində münaqişənin yenidən alovlanması ilə bağlı narahatlığımızı ifadə etmişik, həqiqətən 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan qoşunları arasında toqquşmalar oldu və döyüş bölgəsində hər iki tərəfdən təxminən 180 hərbçi öldürüldü. Ümid edirəm ki, tərəflər arasında dialoqun təşviq edilməsi üçün yeni təşəbbüslər irəli sürüləcək və beləliklə uzun müddətdir ki davam edən münaqişə qəti olaraq həll ediləcəkdir. Bu münaqişə hər an baş verə biləcək davamlı müharibə vəziyyəti yaratmaqla cəlb olunan ölkələrin cəmiyyətlərinə ağır təsir edir və göründüyü kimi bundan vətəndaşlar, demokratik qaydalar və gündəlik həyatın normallığı əziyyət çəkir.

Bunun üçün arzu edirəm ki, soyuq müharibəninin fəsadlarını nəhayət ki aradan qaldırmaq üçün regionun bu iztirablarına son qoyaraq və müharibə qurbanlarına ədaləti təmin edərək, dialoqu təşviq etmək və tezliklə BMT-nin qətnamələrinə müvafiq olaraq sülhə nail olmaq üçün İtaliya hökuməti təşəbbüs irəli sürəcəkdir”, - Stefano Luçidi vurğulayıb.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR