Slimfit
  1. DÜNYA

İtaliya Respublikası

İtaliya Respublikası
Sakura

İtaliya Respublikası

İtaliya , rəsmi olaraq İtaliya Respublikası – Avropanın cənubunda dövlət. Əhalisi təxminən 58 milyon nəfərdir. Etnik qruplar italyanlar – 98%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlardır. Orta uzunömürlülük (1992-ci il üçün) kişilərdə – 74 yaş, qadınlarda – 81 yaşdır. Doğum səviyyəsi (hər 1000 nəfərə) – 2 nəfərdir. Ölüm səviyyəsi (hər 1000 nəfərə) – 10 nəfərdir.

Dövlət dili italyan dilidir. Turizmsahəsində işləyən hər kəs ingilis və fransız dillərini başa düşür. Alp dağlarının ətəklərində və Adriatik dənizi sahillərində alman dilini başa düşürlər. Sardiniya əhalisi katalon dialektində danışır.

 

Tarixi

Roma İmperiyası

Eramızın 117-ci ilində imperator Trayanın dövründə Roma İmperiyasının ərazisi

Roma İmperiyası (lat. Imperium Romanum) – e.ə. 27 – e. 476-cı illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutan dövlət. Bu tarixi mərhələ qədim Roma dövlətində imperator Avqustun hakimiyyətini və ondan sonrakı dövrü əhatə edir. İmperiya dövründən əvvəl 500 il ərzində mövcud olmuş Roma Respublikası bir neçə vətəndaş müharibəsi nəticəsində zəifləmişdir. O dövrdə Qədim Romada baş vermiş bəzi hadisələr – Yuli Sezarın ömürlük diktator (e.ə. 44) təyin edilməsi, Oktavianın Aktium döyüşündə qələbəsi (2 sentyabr e.ə.31) və Roma Senatının onu şərəfli Avqust adı ilə təltif etməsi (16 yanvar e.ə.27) artıq Roma Respublikasının avtokratik imperiyaya keçidi ilə əlamətdardır. Romanın ərazisi Respublika zamanında genişlənməyə başlamış və İmperator Trayanın hakimiyyəti dövründə ən yüksək nöqtəsinə – 5 900 000 km² çatmışdır. İmperiyanın bir neçə əsr ərzində belə nəhəng əraziyə malik olması nəticəsində, indiyədək müxtəlif millətlərin dillərində, dinlərində, mədəniyyətlərində, memarlıq abidələrində, fəlsəfələrində və qanunlarında Romanın dərin tarixi təsiri müşahidə olunur.

 

Venesiya Respublikası

Venesiya Respublikası tarixi: Qədim dövrdə Adriatik dənizinin Şimal-Qərb sahillərində indiki İtaliyanın şimalında Romalılara yaxın olan Venet tayfası yaşayırdı. 697-ci ildə sakinlər Paulo Luçio Anafestonu ömürlük Başçı seçdilər. Daha sonra Anafestonun vəzifəsi "Doj" adı daşıyırdı. Hökümət əvvəlcə Qerakleyada daha sonra 742-ci ildə Malamokko şəhərinə köçürülmüşdür daha sonra 810-cu ildə səhralı Rialtoya köçdü (daha sonra burada Venesiya yarandı). 806-cı ildə Venesiya şəhərləri müvəqqəti olaraq Böyük Karlın imperiyasına daxil olmuşdur. Amma artıq 812-ci ildə Venesiya Dalmasiya daxil olmaqla Bizans İmperiyasına qaytarılmışdır. Venesiya respublikası Bizans və Frank imperiyaları aralarında sərfəli və təhlükəsiz mövqeyindən istifadə edərək qısa bir müddətdə qüdrətli ticarətçi dövlətə çevrilmişdir. Venesiya flotu dəniz döyüşlərində Normanları və Sarasinləri məğlubiyyətə uğradırdılar daha sonra aşağı İtaliya deyilən yerdə Slavyanlar üzərində qalibiyyət qazanmışdılar.

 

İtaliya XIX əsrdə 

Sosial-iqtisadi vəziyyət

XIX əsrin I yarısında İtaliyada siyasi pərakəndəlik, hökmdarların qeyri-məhdud hakimiyyəti, katolik kilsəsinin zülmü sosial-iqtisadi inkişafı ləngidirdi. İtaliyanın Lombardiya və Venesiya əyalətlərində Avstriyanın hökmranlığı, Romada papanın dünyəvi hakimiyyətinin qalması ölkənin birləşməsi yolunda ciddi maneə idi. İtaliya iqtisadi cəhətdən qabaqcıl Avropa ölkələrindən geri qalırdı.

Ölkənin iqtisadi cəhətdən ən inkişaf etmiş hissələri Sardiniya krallığına məxsus Pyemont və Avstriya hakimiyyəti altında olan Lombardiya idi. XIX əsrin 30-40-cı illərində bu vilayətlərdə sənaye çevrilişi başlanmışdı. İtaliyada ilk dəmir yolları çəkilirdi.

 

1848-1849-cu illər inqilabı

İtaliyada məhzul qıtlığı və sənaye böhranı 1846-1848-ci illərdə əhalinin vəziyyətini daha da ağırlaşdırmışdı. Burjuaziya və liberal zadəganlar içərisində müxalifətçilik əhvali-ruhiyyəsi artırdı.

1848-ci ilin yanvarında Siciliya adasında üsyan başlandı və tezliklə Neapola yayıldı. Burada kral konstitusiya verməyə məcbur oldu.

1848-ci ilin may ayında Avstriya zülmü əleyhinə üsyanlar başlandı. Lombardiyanın mərkəzi olan Milan şəhərindən Avstriya qoşunları qovuldu. Milan hökumətinin başlıca məqsədi artıq konstitusiyalı monarxiyaya çevrilmiş Sardiniya krallığı ilə birləşmək və Avstriya əsarətinə son qoymaq idi.

Sardiniya kralı Avstriya ilə əlaqələri kəsərək Milana qoşun göndərdi. Lakin Avstriya ordusu əks-hücuma keçib Sardiniya qoşunlarını məğlub etdi və Milanda üsyanı yatırtdı.

Milanla eyni vaxtda Venesiyada da üsyan qalib gəldi. Venesiya müstəqil respublika elan edildi. Lakin Venesiyada da inqilab Avstriya qoşunları tərəfindən qan içində boğuldu.

1848-ci ilin noyabrında Romada üsyan baş verdi və Papa IX Piy Vatikandan qaçdı. Romanın müdafiəçilərinə köməyə gəlmiş C.Haribaldi papanı dünyəvi hakimiyyətdən məhrum etməyi təklif verildi. 1849-cu ilin fevralında Roma respublika elan edildi. IX Piy Roma vilayətində öz hakimiyyətini bərpa etmək üçün Avstriya, Fransa və İspaniya hökmdarlarından yardım istədi. Papanın hərbi yardımı ilə Romada papa hakimiyyəti bərpa edildi.

 

İtaliyanın birləşdirilməsi

XIX əsrin ortalarında İtaliyanın birləşdirilməsi uğrunda mübarizədə iki cərəyan formalaşmışdı. Cüzeppe Haribaldinin başçılıq etdiyi və xalqın əksər hissəsini təmsil edən inqilabi-demokratik cərəyan İtalyanı inqilab yolu ilə demokratik respublika halında birləşdirməyə üstünlük verirdi. Liberal mülkədarlar və burjuaziyanın təmsil olunduğu mötədil cərəyanın nümayəndələri isə ölkəni Sardiniya krallığı ətrafında konstitusiyalı monarxiya halında birləşdirməyə çalışırdılar. O dövrdə Sardiniya konstitusiyası olan yeganə dövlət idi. Mötədil cərəyana İtaliyanın görkəmli dövlət və siyasi xadimi Kamillo Kavur başçılıq edirdi.

İtaliyanın Sardiniya krallığı ətrafında birləşdirməyə çalışan kral müəyyən ərazilərin Fransaya verilməsi şərtilə Avstriyaya qarşı müharibədə III Napoleondan yardım ala bildi.

1859-cu ildə Salferino adlı yerdə baş vermiş döyüşdə müttəfiq qoşunları Avstriya ordusunu məğlub edib Lombardiyanı azad etdilər. III Napoleon güclü İtaliya dövlətinin yaradılmasını və Papanın dünyəvi hakimiyyətinin süqutunu istəmədiyinə görə Avstriya ilə sülh bağladı. Yalnız Lombardiya Sardiniyaya birləşdirildi. 1861-ci ildə parlamentin qərarı ilə İtaliya krallığı yaradıldı.

 

İtaliya XX əsrdə

Coğrafiya

Apuliya

Bazilikata

Kalabriya

Siçiliya

Molize

Kampaniya (İtaliya)

Abruzzo

Latium

Umbriya

Marke

Toskana

Sardiniya

Emilia-Romanya

Liquriya

Pyemont

Friquli 
-Venesiya 
Culiya

Valle 
d’Aosta

Trentino 
—Alto 
Adice

Veneto

Lombardiya

Adriatik dənizi

İoniya dənizi

Aralıq dənizi

Tirren dənizi

Liqurik dənizi

 

İtaliya şəhərləri

Milan

Sıra No.

Şəhər

Bölgə

vilayət

Əhali sayı

1

Roma

Latsio

Roma vilayəti

2.748.809

2

Milan

Lombardiya

Milan vilayəti

1.311.741

3

Neapol

Kampaniya (İtaliya)

Neapol vilayəti

960.082

4

Turin

Pyemont

Turin vilayəti

908.960

5

Palermo

Siciliya

Palermo vilayəti

656.358

6

Genuya

Liquriya

Genuya vilayəti

608.769

7

Bolonya

Emilia-Romanya

Bolonya vilayəti

378.823

8

Florensiya

Toskana

Florensiya vilayəti

369.037

9

Bari

Puqliya

Bari vilayəti

319.896

10

Kataniya

Siciliya

Kataniya vilayəti

295.155

11

Venesiya

Veneto

Venesiya vilayəti

270.492

12

Verona

Veneto

Verona vilayəti

264.412

13

Messina

Siciliya

Messina vilayəti

242.812

14

Padova

Veneto

Padova vilayəti

213.518

15

Triest

Friuli-Venesiya Giulia

Triyest vilayəti

205.586

16

Taranto

Puglia

Taranto vilayəti

192.699

17

Breşiya

Lombardiya

Breşia vilayəti

192.116

18

Prato

Toskana

Prato vilayəti

186.821

19

Recco Kalabriya

Kalabriya

Recco Kalabriya vilayəti

186.006

20

Parma

Emilia-Romanya

Parma vilayəti

185.120

 

Təhsil

İtaliyada ali təhsil sistemi əsasən universitetlərdən ibatərdir. Digər tip məktəblər də mövcuddur ki, bu incəsənət akademiyaları, konservatoriyalar və 2 pizan institutudur.

Bu məktəblərdə təhsil elmi-tədqiqat işlərinin aparılmasına istiqamətlənmişdir.

İtaliyada 47 dövlət universiteti və dövlət lisenziyası olan 9 müstəqil universitet vardır. Bu universitetlərdə 1.5 milyona yaxın tələbə təhsil alır və 60.000-dən çox professor dərs deyir. Yalnız Romada 5 universitet var və ən böyük Roma Sapienza Universitetində 200 minə yaxın tələbə təhsil alır.

İtaliyada dərs ili 2 semestrə bölünür. 1-ci semestr oktyabrın ilk günlərində, 2-ci semestr isə martın ilk günlərində başlayır.

Təhsil və elm sahəsində beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirən İtaliya bir çox ölkələrlə ali təhsil, tələbə və müəllim mübadiləsi, həmçinin birgə tədqiqatlar istiqaməti üzrə fəal əməkdaşlıq edir.

İtaliya dünyada rəqabətədavamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır. Ölkədə 95 universitet fəaliyyət göstərir. Bu ali məktəblərin 70 faizi dövlət universitetləridir. Universitetlərin nəzdində 12 ixtisaslaşmış institut fəaliyyət göstərir.

Ölkə universitetlərində kənd təsərrüfatı, arxitektura, iqtisadiyyat, əczaçılıq, hüquq, mühəndislik, humanitar fənlər, müasir dillər, təhsil, biotəbabət, tibb, baytarlıq, təbiət elmləri, fizika, riyaziyyat, siyasi elmlər üzrə bakalavr, magistr və doktor dərəcəli mütəxəssislər hazırlanır. Universitetlərdə tədris prosesi ilə yanaşı, tədqiqat işləri də həyata keçirilir. Ölkə universitetlərində təxminən 1,25 milyon tələbə təhsil alır.

İtaliyanın ən qədim ali məktəbi olan Boloniya Universitetinin təşəkkül tarixi XI əsrə təsadüf edir. Bu təhsil ocağı 1088-ci ildə təsis olunub. Universitetdə müxtəlif ixtisaslar üzrə 23 fakültə fəaliyyət göstərir. Bu ali məktəbin İtaliyanın İmola, Ravenna, Forli, Sezena, Rimini və Argentinanın Buenos-Ayres şəhərində filial mərkəzləri vardır.

Digər ən qədim ali məktəblərdən hesab olunan Padua Universiteti 1222-ci ildə, Naples Universiteti isə 1224-cü ildə təsis olunublar. Turin, Romaş, Florensiya, Ferrara, Moderna universitetləri də İtaliyanın ən nüfuzlu ali məktəblərindən hesab olunur. Milanın Bokkoni Universiteti "Vol Strit" jurnalının apardığı reytinq sıralamasına görə dünyada fəaliyyət göstərən 20 ən yaxşı biznes ali məktəbi sırasına daxil olub.

Milan Universiteti tədqiqat işləri və tədris fəaliyyətinə görə beynəlxalq aləmdə ciddi şöhrət qazanıb. Bu universitet Avropa Tədqiqat Universitetləri Liqasının üzvüdür.

 

Təhsil proqramları

Bakalavr. Anqlosakson sistemində "Bakalavr" səviyyəsinə uyğun ilk diplomu laurea (C.L.) almaq üçün 4-6 il oxumaq tələb olunur. Filoloqlar bu dərəcəni 4 ildən sonra, kimyaçılar və memarlar 5 ildən sonra, həkimlər isə 6 ildən sonra ala bilərlər.

Magistratura. Magistraturaya uyğun olan növbəti dərəcə – Diploma universitario (C.D.U.) adlanır. Kurs 3 il davam edir. Həmçinin iki illik Scuole dirette a fini speciali ixtisaslaşma kursu var ki, bunun nəticəsində C.D.U.-ya oxşayan dərəcə almaq olar.

Doktorantura. Universitet məzunu təhsil aldığı ixtisasa görə 3 illik təcrübədən sonra doktoranturaya daxil ola bilər. Bunun üçün qəbul testindən keçmək lazımdır.

 

Daxilolma tələbləri və qaydası

Universitetin birinci pilləsinə daxil olan xarici tələbələr qəbul imtahanı vermirlər. Buna baxmayaraq, hər bir italyan universitetinin dil üzrə xüsusi testlə imtahan həyata keçirir. Belə testlər adətən qrammatik suallardan, mətnin tərcüməsindən və müəllimlə söhbətdən ibarət olur.

 

Daxil olarkən tələblər

İtalyan universitetlərinə daxil olmaq üçün aşğıdakılar lazımdır: – orta təhsilin olması + bakalavra daxil olanlar üçün 1 və ya 2 il ali məktəblərdə təhsil almaq;- italyan dilinə sərbəst yiyələnmək haqqında testdən keçmək (başlanğıcdan irəliləyənə kimi 9 ballı şkalaya görə "6" səviyyə ); CILS – italyanca vahid imtahan. İmtahana qəbul olma vaxtı – iyun və dekabrdır. www.exams.ru/it/cils.html – saytdan imtahan haqqında məlumat əldə etmək olar;- göstərilən ixtisaslar üzrə universitetə qəbul olmaq üçün sentyabrın əvvəlində uyğun olan tibb, stomatologiya, əczaçılıq, memarlıq, hüquqşünaslıq, mühəndislik ixtisasları üzrə qəbul imtahanı vermək lazımdır;- sənədlərin verilməsi üçün yalnız bir italyan ali məktəbi seçmək olar. Qəbul imtahanının uğurla verildiyi halda 5 noyabrdan gec olmayaraq gəlmə sənədlərin qeydiyyat prosesi dayandırılır.

 

Əsas siyasi partiyalar

  • Azadlıq Xalqı Partiyası – sədri Silvio Berluskoni
  • Şimal Liqası – sədri Umberto Bossi
  • Demokratik Partiya – sədri Pyer Luici Bersani
  • Dəyərlər İtaliyası- sədri Antonio Di Pietro
  • Xristian və Sagçı Demokratlar Birliyi – sədri Pyer Ferdinando Kazini

 

KİV

Televiziya

RAİ (Radio Televisione Italiana) — İtaliyanın hökumətə bağlı milli kanalıdır. Ayrıca iki böyük müstəqil televiziya kanalı (Mediaset (sahibi Silvio Berluskoni) və Sky Italia) ilə rəqabət edən İtaliyanın ən böyük televiziya kanalıdır.

 

Əhalisi

İtaliya əhalisi təxminən 58 milyondur. Etnik qruplar; italyanlar – 98%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlar. Orta uzunömürlülük (1992-ci il üçün); kişilərdə – 74 yaş, qadınlarda – 81 yaş. Doğum səviyyəsi (hər 1000 nəfərə) – 2. Ölüm səviyyəsi (hər 1000 nəfərə) – 10.

 

Din

Ölkənin 90%-ni katoliklər, 10%-ni isə protestant, yəhudi və müsəlmanlar təşkil edir.

 

Mədəniyyəti

İqlimi

İqlimi subtropik və mülayim Aralıq dənizi iqlimidir. İqlimin müxtəlifliyi coğrafi uzunluqla izah edilir. Italiyanın şimalında, Padan ovalığında subtropikdən mülayimə keçid iqlimi hökm sürür – isti yay (iyul +22C + 24 C) və soyuq qış (yanvar, təxminən 0). Italiyanın ada hissəsində iqlim Aralıq dənizi iqlim tipidir, ilin 2/3 hissəsi orada açıq mavi səma, isti və quru yay (iyulda +26C), qış idə isti və mülayim hava (yanvarda +8C +10C) müşahidə olunur. Alp dağlarını çıxmaq şərtilə qar nadir hallarda yağır. Alp dağlarında 1500 m.-dən hündür ərazilər ilin 200 günü qar ilə örtülüdür. Yarımadanın cənubunda martdan oktyabra kimi quru, isti Saxara küləyi- "sirokko" əsir. Bu dövrdə temperatur +35 C kimi yüksəlir.

 

İqtisadiyyatı

İtaliya öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyini" qapayır. Adambaşına ÜDM göstəricisi İtaliyada 39900 dollardır (nominal). Avropada iqtisadi cəhətdən dördüncü, dünyada isə 7-ci ən böyük ölkə İtaliyadır. Dünyada ilk 10 ən böyük məhzul ixracatçısından biri də İtaliyadır. Burada həyat səviyyəsi hətta ABŞ, Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarından olan, dünyada 4-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobilistehsalçısıdır.

İtaliya 300 min kvadrat kilometr ərazidə yerləşən iri döv­lətdir və bu göstəriciyə görə Qərbi Avropada yalnız Fran­sadan, İspaniyadan və Almaniyadan geri qalır. İtaliya əha­lisinin sayı 58 milyon nəfərdir. Onların 94%-i ital­yanlar­dır. Əslən İtaliyadan olanların 20 milyondan çoxu xa­ricdə yaşayır (əsasən ABŞ-da, Fransada, AFR-də və Argen­tinada). İtaliya faydalı qazıntı sarıdan kasıb dövlətlər sırasındadır. Ona görə də ölkə yanacaq idxalından, sənaye və kənd təsərrüfatı xammalının, meşə mate­rial­larının idxalından kifayət qədər güclü asılılıqda qalır, emal­edici sənaye isə əsasən idxal olunan xammalla işləyir. İta­liyanın iqtisadi-coğrafi vəziyyəti – Aralıq dənizi hövzəsinin mərkəzi (Avropanın cənubu, Apennin yarımadası və ona bitişik olan adalar, bu adaların iriləri – Siciliya və Sar­diniya) – hələ qədimdən Avropa ölkələri ilə, həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələri ilə xarici iqtisadi əla­qə­lərin inkişafına şərait yaradırdı. Bundan başqa, Şimal və Cənub arasında tarixən təşəkkül tapmış regional müxtəlifliklə şərtlənən italyan modelinin spe­si­fikliyi ölkənin xarici əlaqələrinin inkişaf etdirilməsini və möh­kəm­ləndirilməsini diktə edir.

İkinci dünya müharibəsindən sonra İtaliya iqti­sa­diyyatı çox möhkəmləndi. Ölkə dünya bazarında bərqərar oldu və kök saldı. Kapitalın yığılma sürətinə görə İtaliya yalnız Yaponiyadan geri qalırdı. Müharibədən sonrakı dövr­də İtaliya ÜDM-in orta illik artım sürətinə və əmək məhzu­l­darlığına görə Qərbi Avropanın aparıcı ölkələri arasında ikinci (AFR-dən sonra), bütün Qərb dünyasında dördüncü idi. Bununla yanaşı, tarixi, siyasi və sosial xarakterli bir sıra səbəblər iqtisadi inkişaf prosesini sən­gidirdi. Ona görə də iqtisadiyyatın inkişaf dinamikası isteh­salın yüksək inkişaf sürəti və iqtisadi enişlərin, staq­na­siyaların növbələnməsi ilə xarakterizə olunurdu. XX əs­rin axırıncı onilliyində və XXI əsrin əvvəlində ölkə üçün ÜDM-in kifayət qədər stabil inkişaf templəri xarakterikdir.

 

Kənd təsərrüfatı məhsulları

Meyvə, tərəvəz, üzüm, kartof, şəkər çuğunduru, soya, buğda, zeytun, mal əti, süd məhzulları, balıq.

 

Bayram və istirahət günləri

6 yanvar, pasxa bazar ertəsi, 25 aprel – faşizmdən qurtuluş günü, 1 may – əmək günü, 2 iyun – respublika elan olunması günü (Romada paradla keçir), 15 avqust – Uspeniye (ferraqosto), 1 noyabr- bütün müqəddəslərin günü, 5 noyabr, 25 dekabr – milad (adətən evdə yaxın və qohumların əhatəsində keçirilən ən sevimli bayramdır).

Bundan başqa hər bir kənd və şəhər öz müqəddəsinin ad gününü qeyd edir; Roma – Petr, Milan – Amvrosiy, Turin – İoann və s.

İyul və avqustda bir çox firmalar işi dayandırır və tətilə bağlanırlar. Həmçinin, milad bayramı və yeni ildə də.

 

Xarici siyasət

İtaliya Respublikasının xarici işlər nazirliyinə nazir başçılıq edir. Ona bilavasitə tərkibində hüquqi şöbə və parlamentlə əməkdaşlıq üzrə şöbə olan katiblik, həmçinin daxili nəzarət xidməti tabedir. XİN vəzifə pilləsində növbəti şəxs XİN ali məmurlarından ibarət xarici işlər üzrə Şura ilə sıx işləyən dövlət katib yardımçısıdır. Ardıcılıqla sonra baş katib və ona yardım edən baş katibin müavini gəlir. Nazirliyin strukturu üç departamentdən ibarətdir: xarici siyasi fəaliyyətinin koordinasiya departamenti, xarici siyasi təhlil və planlaşdırılma departamenti; əməliyyat işi departamenti. Öz növbəsində, departamentlər idarələrə bölünürlər. Xarici siyasi koordinasiya departamentinə Avropa idarəsi, Amerika idarəsi, aralıq dənizi və Yaxın Şərq ölkələri idarəsi, Asiya, Okeaniya, Sakit okean və Antarktida idarəsi daxildir. Xarici siyasi təhlil və planlaşdırılma departamentinə aşağıdakı idarələr daxildir: avropa inteqrasiya idarəsi; çoxtərəfli siyasi münasibətlər və insan hüquqları idarəsi; çoxtərəfli iqtisadi və maliyyə əməkdaşlığı idarəsi; mədəniyyət sahəsində əməkdaşlıq idarəsi; konsulluq idarəsi; əməkdaşlığın inkişafı üzrə idarə; kadrlar idarəsi; inzibati idarə.

Üçüncü departamentə İtaliya Respublikasının dövlət protokolu xidmətləri, nazirlik və xaricdəki diplomatik nümayəndəliklər üzrə müfəttişlik, informasiya və mətbuat idarəsi, müqavilə-hüquq idarəsi, sənədləşmə və arxivlər idarəsi, informasiya texnologiyları idarəsi və Diplomatiya institutu daxildir.

 

İtaliya haqqında maraqlı faktlar

  • İtaliyada uşaq evləri yoxdur.
  • İtaliyada kimsəsiz ev heyvanları yoxdur.
  • Siciliyavə Kalabriyanın biznesmənlərinin 80%-i mafiyaya xərac verirlər.
  • İtaliyanın adı yunansözü italiosdan (buzov) əmələ gəlib.
  • Siciliya adasında yerləşən Sirakuzaşəhəri bir zamanlar ən böyük yunan şəhəri olmuşdur.
  • İtaliya turistlərin ziyarət sayına görə dünyada dördüncü yerdədir. Hər il bura 40 milyondan çox turist gəlir.

Elm və mədəniyyət

  • Ölkənin ən qədim universiteti Bolonya universitetidir. O, 1088-ci ildə yaradılmışdır.
  • Dünyanın ən qədim bankı Monte di Siyenaİtaliyada yerləşir. O, 1472-ci ildə təsis olunmuşdu.
  • Mexaniki saatlar, barometr, termometr, şüşəvə telefon italyanlar tərəfindən icad olunmuşdu.
  • Dünyanın ilk kinomatoqraf festivalı1932-ci ildən etibarən İtaliyada keçirilir.

 

Ev heyvanları

  • Romalılarpişiklərə qarşı həssas yanaşırlar. Pişiyi öldürmüş şəxs 10 000 avrocərimə və 3 ilə qədər həbs cəzası ilə cəzalandırılır. Romada 300 minə qədər pişik var.

Pizza, spagetti və s.

  • İlk pizzasatılan yerin adı Antica Pizzeria Port’Alba olmuşdur. O, 1830-cu ildə Neapolda açılmışdı.
  • İtaliyada 140 növdən çox spagetti Orta hesabla bir İtaliyalı ildə 25 kiloqram spagetti istifadə edir.
  • İtaliyalılar ən məşhur şirin deserti – tiramisu– XVII əsrdə yaradılmışdır. Məcazi mənada tira mi su sözləri “məni xoşbəxt edir” deməkdir.
  • İtaliyalıların qəhvə növü Avropada çox məşhurdur. O, espressoadlanır. Bu sözün həqiqi mənası «bu anda, sizin üçün hazırlanmış» deməkdir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR