Slimfit
  1. SİYASƏT

İtaliya qəzeti: Ermənistan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib

İtaliya qəzeti: Ermənistan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib
Sakura

İtaliya qəzeti: Ermənistan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib

İtaliyanın "Lopinione" qəzetində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və baş nazir Nikol Paşinyanın sərt tənqid olunduğu yazı dərc edilib. 

"Report"un xəbərinə görə, "Ermənistan: mövcud olmayan demokratiya" adlı məqalədə vurğulanıb ki, N.Paşinyanın İtaliyaya səfəri hazırda bütün diqqəti iki mövzu üzərinə cəmləşdirir. 

"Bir tərəfdən 25 ildən çoxdur həll olunmayan Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi, digər tərəfdən, bir ildən bir az çox müddətdir ki, demokratik dəyişikliyin baş verdiyi elan olunan Ermənistanın daxili vəziyyəti, təxminən, otuz ildir  Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılır və bu yaxınlarda qeyd olunan münaqişə yeni siyasi ssenarilər ilə yenidən beynəlxalq birliyin diqqət mərkəzinə gəlmişdir. Ermənistanın baş naziri Dağlıq Qarabağın Ermənistana mənsub olduğunu iddia etməklə işğal olunmuş ərazilərdən çıxmaq arzusunda olmadıqlarını ifadə etmiş, bu mövqe beynəlxalqsəviyyədə kəskin tənqid olunmuş, həmçinin buna Azərbaycan rəhbərliyi tərəfindən düzgün cavab verilmişdir.

Bundan əlavə, xatırladaq ki, münaqişənin özü bir milyondan çox azərbaycanlının öz torpaqlarından qovulması ilə nəticələnmiş və həmin şəxslər hazırda qaçqın və məcburi köçkün kimi yaşamaqdadırlar. Bu isə,Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin çoxsaylı qətnamələri ilə ziddiyyət təşkil edir.

Dağlıq Qarabağ münaqişəsi xüsusilə Azərbaycanın strateji əhəmiyyəti barədə geosiyasi təhlil və beynəlxalq münasibətlər baxımından maraq kəsb etdiyi kimi, həmçinin Ermənistandakı daxili vəziyyətin təhlili də regionun təhlükəsizliyi baxımından bir o qədər aktualdır. 2019-cu ilin yanvar ayında Paşinyanın ölkənin baş naziri seçilməsindən bir neçə ay sonra müxalifətçi Mher Yeqiazaryanın həbsxanada ölümü səbəbindən Ermənistanda hökumətə qarşı ittihamlar səsləndirilir və bu da sübut edir ki, “məxməri inqilab” adlandırılan hadisələrdən xalqın gözləntilərinə hökumət necə xəyanət edir. Erməni mətbuatı yazır ki, yoxsulluq, korrupsiya və oliqarxların üstün mövqeyi azalmağa doğru getmir. Bəzi mənbələr qeyd edir ki, Ermənistanın yeni hökuməti qərar vermə prosesini uzadır. Hətta hökumətin tərəfdarları belə şikayətlənirlər ki, yeni rəhbərlik qərar vermək iqtidarında deyildir və ədliyyə, maliyyə və digər sahələrdə vəd olunan islahatlar nəzərdə tutulduğundan da çox ləng həyata keçirilir.

“Daxildən” tənqidi münasibət bu yaxınlarda ABŞ-dakı erməni diasporunun təsis etdiyi ilk qəzetlərdən biri olan “The Armenian Mirror-Spectator” qəzetində də əks olunmuşdur. Belə ki, qəzet beynəlxalq hüquq üzrə ekspert olan Philippe Raffi Kalfayandan müsahibə götürmüşdür. Kalfayan öz müsahibəsində göstərir ki, həm korrupsiya, həm də hakimiyyətin mərkəzləşdirilməsi nöqteyi-nəzərindən Paşinyanın davranışı ardıcıl deyil və bu, özünü nazirlərin sayının azaldılmasında, həmçinin gənc və təcrübəsiz hökumət komandasının qurulmasında göstərir. Bundan əlavə, Paşinyan kilsənin işlərinə müdaxilə etmək arzusunu nümayiş etdirir və bu yaxınlarda Konstitusiya məhkəməsinin qərarlarına da müdaxilə etmişdir. Həmin hüquqşünasın dediyinə görə, Paşinyanın davranışı icraedici və qanunverici hakimiyyət tərəfindən dövlət çevrilişinə cəhdi ört-basdır etmək təhlükəsi daşıyır.

Kalfayan vurğulayır ki, ən vacib iqtisadi və sosial problemlər həll olunmamış qaldığı bir halda Paşinyan Konsititusiya məhkəməsi və ədliyyə sisteminə qarşı getməklə və xalqa çağırış etməklə uğursuzluğa düçar olacağı siyasi gediş edir ki, bundan da Ermənistan zəif çıxacaqdır. Ötən günlərdə ölkədə Konstitusiya məhkəməsinin sədri Hrayr Tovmasyan və onun ailəsinə qarşı təqiblərin dayandırılmasını tələb edən etiraz nümayişi keçirilmişdir. Müxalifətin dediyinə görə, bu vəziyyət ölkəni otuz il geriyə salır.

Qeyd etmək lazımdır ki, çətin iqtisadi vəziyyətə və Dağlıq Qarabağ münaqişəsini törətməsi səbəbindən təcrid olunduğuna görə Ermənistan regiondakı bütün əsas investisiya layihələrindən kənarda qalır və bunun bədəlini öz xalqı ödəyir. Xüsusilə də Kalfayan kimi insan hüquqlarının müdafiəsi sahəsində çalışmış erməni mütəxəssis də baş nazirin diktator davranışından danışır.

Paşinyan ölkədəki ciddi sosial-iqtisadi böhrandan əziyyət çəkən xalqın nümayişləri sayəsində hakimiyyətə gəlmişdir. Təbii resurslar baxımından kasad olan və dənizə çıxışı olmayan Ermənistan müsbət dəyişikliklərə öz qonşuları, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqla nail ola bilər. Hələ ki, Paşinyan bu istiqamətdə müsbət addımlar atmamağı, əksinə, mənfi mövqe nümayiş etdirməyi qərara almışdır, bu isə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin dayandırılmasına gətirib çıxara bilər. Bu istiqamətdə davam etmək isə, təəssüf ki, nə Ermənistan, nə də Paşinyanın gələcəyi üçün müsbət heç nə vəd etmir".

Məqalə ilə bu link vasitəsilə tanış olmaq mümkündür. http://www.opinione.it/esteri/2019/11/19/domenico-letizia_nikol-pashinyan-conflitto-nagorno-karabakh-armenia-azerbaigian-nazioni-unite/

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR