Slimfit
  1. DÜNYA

İsveçrənin əczaçılıq konserni SARS-CoV-2 virusuna qarşı sürətli seroloji test hazırlayıb

İsveçrənin əczaçılıq konserni SARS-CoV-2 virusuna qarşı sürətli seroloji test hazırlayıb
Sakura

İsveçrənin əczaçılıq konserni SARS-CoV-2 virusuna qarşı sürətli seroloji test hazırlayıb

İsveçrənin "Roche" əczaçılıq konserni koronavirusa qarşı bədəndə yaranmış qoruyucu zülalların (anticisimlərin) səviyyəsinin kəmiyyət ölçüsü üçün hazırladığı sürətli testləri satışa çıxarıb.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, "Elecsys Anti-SARS-CoV-2" anticisim testi koronavirusun daşıyıcı hüceyrədəki reseptorla bağlantısına xidmət edən çıxıntılı zülalına qarşı yönəlib.

Konsernin diaqnostika bölməsinin rəhbəri Tomas Şineker bildirib ki, hazırda virusa qarşı mübarizədə təsirli peyvənd maddəsi ən real vasitə hesab olunur və bu faktı nəzərə aldıqda, peyvəndin orqanizmdə yaratdığı immunitetin kəmiyyət ölçüsü həmin peyvəndin nə dərəcədə keyfiyyətli və təsirli olduğunun göstəricisidir. Yeni kvantitativ "Elecsys Anti-SARS-CoV-2" anticisim testi peyvənd maddələri üzərində aparılan kliniki sınaqlarda açar rolu oynaya və peyvənd vurulmuş pasiyentlərdə immunlaşma səviyyəsini müəyyən etməkdə həkimlərə kömək edə bilər.

Qeyd edilməlidir ki, bu test "Roche" konserninin koronavirus portfoliosunda yer alan 12-ci testdir. Sürətli testin satışa çıxarılması xəbəri eyni zamanda konsernin birjalardakı səhmlərinə müsbət təsir göstərib və səhmin qiyməti 1,34 faiz artaraq 341,40 İsveçrə frankına çatıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR