Slimfit
  1. AZƏRBAYCAN

İsveçrədə "Qarabağ" adlı məktəb açıldı

İsveçrədə "Qarabağ" adlı məktəb açıldı
Sakura

İsveçrədə "Qarabağ" adlı məktəb açıldı

İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması və “Qarabağ” adlı Azərbaycan məktəbinin fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib.

Azərbaycanın İsveçrədəki səfirliyindən Kult.az-a bildiriblər ki, Bern şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın nümayəndələrinin ilk toplantısında onların fəaliyyəti, aktual məsələlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin diaspor fəaliyyətinin daha da səmərəli olması məqsədilə müxtəlif təkliflər səsləndirilib.

Ölkəmizin İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova tədbirdə çıxış edərək Azərbaycan diasporunun fəaliyyətindəki cari durumu qiymətləndirib, qarşıda duran məqsədlərə nail olmaq üçün soydaşlarımızın mütəşəkkil fəaliyyət göstərmələrinin zəruriliyinə diqqət çəkib və həmvətənlərimizə gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diasporumuzun inkişaf istiqamətləri, diaspor ilə əməkdaşlığın yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımlar barədə danışıb. Qeyd edilib ki, Dövlət Komitəsinin əsas məqsədlərindən biri diaspor təşkilatları arasında əlaqələndirmə işini təşkil etməkdir. O, diaspor fəaliyyətinin daim ölkə rəhbərliyinin diqqətində olduğunu bildirərək, İsveçrədə fəaliyyət göstərən diaspor üzvlərini həmrəy olmağa çağırıb. Fuad Muradov deyib ki, diaspor məsələləri ilə bağlı strateji istiqamətlərin müəyyənləşdirilməsi dünya ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını dünyanın ən güclü diasporlarından birinə çevirəcək. O, diaspor işi ilə bağlı yeni yol xəritəsinin hazırlandığını bildirib, əsas məqsədin dünyadakı bütün azərbaycanlıların birləşdirilməsi olduğunu deyib.

Toplantıda İsveçrədə yaşayan soydaşlarımızın daha sıx birləşməsi və diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsi məqsədilə İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsi qərara alınıb. “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.

Sonra diaspor hərəkatını xarakterizə edən “Vətən uzaqda deyil” adlı videoçarx nümayiş olunub.

Tədbirin sonunda “Qarabağ” Azərbaycan məktəbinin rəsmi açılış mərasimi olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan bu məktəb İsveçrədəki səfirliyimizin təşkilatçılığı ilə ərsəyə gəlib. İsveçrə dövlət təhsil sisteminə inteqrasiya olunmuş məktəbdə Azərbaycan dili, tarixi, milli rəqs və piano dərsləri peşəkar müəllimlər tərəfindən tədris olunacaq. Tədris ocağında isveçrəlilər və digər əcnəbilər də təhsil ala bilərlər.

İsveçrədə yaşayan həmvətənlərimiz yaşadıqları ölkədə Azərbaycan məktəbinin açılmasından məmnunluqlarını ifadə ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR