Slimfit
  1. DÜNYA

İsveçrə sakinləri referendumda 13-cü pensiyanın ödənilməsinə səs veriblər

İsveçrə sakinləri referendumda 13-cü pensiyanın ödənilməsinə səs veriblər
Sakura

İsveçrə sakinləri referendumda 13-cü pensiyanın ödənilməsinə səs veriblər

İsveçrə sakinləri referendumda hər il 13-cü pensiyanın ödənilməsinin lehinə səs veriblər, Milad bayramı ərəfəsində əlavə ödəniş ediləcək.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə hökumətin saytında məlumat verilib.

İsveçrə hakimiyyət orqanlarının ilkin hesablamalarına görə, bunun üçün hər il dörd milyard frankdan (təxminən 4,52 milyard dollar) çox vəsait tələb olunacaq. Eyni zamanda, Nazirlər Kabineti əmin edib ki, onların növbəti illərdə pensiya ödənişləri üçün yetərincə maliyyə vəsaiti var.

“Lakin 2030-cu ildən sonra 13-cü pensiya ödənilməsə də, pensiya fondlarının kəsiri gözlənilir. Bu ildən sonra 13-cü pensiya ödənişinin tətbiqi ilə əlavə gəlir mənbələri axtarmaq və ya ödənişləri azaltmaq lazım gələ bilər”, – referendum nəticələrinə verilmiş şərhdə qeyd olunub.

Referendumun təşəbbüskarları da 13-cü pensiyanın ödənilməsi üçün vəsait toplama mexanizmini ətraflı açıqlamayıblar. Əvvəlcədən tələb olunan pul, işləyən isveçrəlilərin maaşlarından pensiya tutmalarını və ya ƏDV-ni artırmaqla yığılacaq.

İsveçrə hökuməti 2024-cü ilin sonuna qədər yeni ödənişlərlə bağlı ətraflı qərarı təqdim edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR