İsveçrə Rusiyaya məxsus daha 1,5 milyard ABŞ dolları dəyərində aktivləri bloklayıb
Sanksiyalar çərçivəsində İsveçrə hökuməti tərəfindən dondurulan Rusiya ilə bağlı aktivlərin dəyəri aprel ayından bəri 1.3 milyard frank (1,5 milyard ABŞ dolları) artıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) bəyanatında deyilir.
“13 avqust 2024-cü il tarixinə İsveçrədə 7,1 milyard frank dəyərində maliyyə aktivləri, 17 daşınmaz əmlak, o cümlədən idman və lüks avtomobillər, sənət əsərləri, fiziki şəxslərə, şirkətlərə və təşkilatlara məxsus maliyyə aktivləri dondurulub”, - sənəddə bildirilib.
Qeyd olunub ki, bəzi hallarda aktivlər ehtiyat tədbiri kimi bloklanır və vəziyyət aydınlaşdırıldıqdan sonra məhdudiyyətlər aradan qaldırıla bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət