Slimfit
  1. DÜNYA

İsveçrə Parlamenti Ukraynaya vəsaitin ayrılmasına qarşı çıxdı

İsveçrə Parlamenti Ukraynaya vəsaitin ayrılmasına qarşı çıxdı
Sakura

İsveçrə Parlamenti Ukraynaya vəsaitin ayrılmasına qarşı çıxdı

İsveçrə Parlamentinin Milli Şurası (Böyük Palata) növbəti 5-10 il ərzində Ukraynaya yardım üçün 5 milyard frank (təxminən 5,5 milyard dollar) ayrılması təşəbbüsünü rədd edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Federal Məclisin mətbuat xidmətinin məlumatına görə, cümə axşamı keçirilən iclasda 105 deputat qərarın əleyhinə, 86 deputat isə lehinə səs verib.

"Milli Şura cümə axşamı günü Ukraynaya qarşıdakı 5-10 il üçün 5 milyard franklıq dəstək planını 86 əleyhinə 105 səslə rədd edib. Xüsusilə sağçı partiyalar buna qarşı çıxıb", - hesabatda deyilir.

Mətbuat xidmətinin qeyd etdiyi kimi, parlament komissiyalarından birində Ukraynaya 5 milyard frankın ayrılması təşəbbüsü İsveçrənin xarici işlər naziri İqnazio Kassis tərəfindən dəstəklənməyib.

O, xatırladıb ki, hökumət qaçqınların qəbulunu nəzərə almasaq, artıq Ukrayna əhalisinə üç yardım paketi formalaşdırıb.

"Müharibə hələ də davam etdiyinə görə, biz yenidənqurma ehtiyaclarının nə olacağını hələ bilmirik",- Kassi deyib.

Mətbuat xidmətinin xatırlatdığı kimi, Milli Şuranın bu qərarı Ukrayna prezidenti Volodimir Zelenskinin İsveçrə parlamentində planlaşdırılan videobağlantı vasitəsilə çıxışından bir həftə əvvəl qəbul edilib.

İyunun 15-nə planlaşdırılan bu çıxış, xüsusən də hökumətin tərkibində olan və parlamentdə ən böyük fraksiyaya malik olan sağçı mühafizəkar İsveçrə Xalq Partiyasının kəskin tənqidinə səbəb olub, ölkənin neytral statusuna ciddi riayət olunması tələb olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR