Slimfit
  1. İQTİSADİYYAT

İsveçrə dövlət bankı, kriptovalyuta xidməti həyata keçirəcək

İsveçrə dövlət bankı, kriptovalyuta xidməti həyata keçirəcək
Sakura

Bunuj ölkədə kriptovalyuta xidmətlərinə tələbatın artması stimullaşdırıb

 Basler Kantonalbank (BKB), İsveçrənin kriptovalyuta ilə əlaqəli xidmətlər təklif edən ilk dövlət kommersiya bankı olmağı planlaşdırır.

 BKB bölməsi, milli bank qrupu Cler ilə birlikdə müştərilərə rəqəmsal valyutanın mübadiləsinə və saxlanmasına imkan verən məhsullar hazırlamağa başlayıb. Maliyyə qurumunun nümayəndələri deyirlər ki, bu istiqamətdə işi,  ölkədə kriptovalyuta xidmətlərinə tələbatın artması stimullaşdırıb.

 Layihə hazırlığın ilk mərhələsindədir, buna görə BKB hələ təxmini başlama tarixini belə açıqlamayıb və hansı kriptovalyuta  ilə işləməyi planlaşdırdığı barədə də dəqiq məlumat verməyib.  Bankın, yeni məhsulları  özünün ayrıca  bank lisenziyasına sahib olan törəmə şirkəti vasitəsi  ilə təklif edəcəyi də istisna edilmir.

 Bu xəbər bir daha İsveçrənin loyal  kriptovalyuta ölkələrindən biri olduğunu təsdiqləyir.  Xatırladaq ki, 2020-ci ilin iyunundan etibarən yerli maliyyə tənzimləyicisi,  banklara rəqəmsal aktivlərlə əməliyyat aparmaq üçün icazə verməyə başlayıb.

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR