Slimfit
  1. DÜNYA

İsveçli qız Quranı öpməklə müsəlmanlarla həmrəyliyini nümayiş etdirdi

İsveçli qız Quranı öpməklə müsəlmanlarla həmrəyliyini nümayiş etdirdi
Sakura

İsveçli qız Quranı öpməklə müsəlmanlarla həmrəyliyini nümayiş etdirdi

İsveçli bir qız ekstremistlərin Malmödə Müqəddəs Quran kitabını yandırmasından sonra, Quranı öpməklə müsəlmanlarla həmrəyliyini nümayiş etdirib.

Ens.az Deyerler.org-a istinadən xəbər verir ki, Facebook-dakı “İsveçdəki Mühacirlər” səhifəsində isveçli qız belə yazıb: “Bu kitabın nə olduğunu bilmirəm, ancaq insanlıq və xeyirxahlıq naminə sizinlə həmrəy olduğumu elan edirəm. Bu kitab sizin üçün mühümdürsə, bizim üçün mühümdür. Onu öpməkdən qürur duyuruq və danimarkalıların İsveçdə etdiklərinin əleyhinəyəm. Siz müsəlmanları sevirəm”.

Bu səhifədə, həmçinin bunu bildirir: “Bilməlisiniz ki, İsveç milləti Avropadakı ən təmiz millətlərdən biridir və isveçlilər Quranı yandıranlar deyil, İsveçə gələn və təəssüf ki, Quranı yandıran danimarkalılardır”.

Xatırladaq ki, keçən həftənin cümə günü İsveçin Malmö şəhərindəki Rosenqard bölgəsində Quran nüsxəsini yandıran etirazçılar bu mövzunu sosial mediada çox paylaşmışdılar və bu ölkədə gərginliyi artırmışdı.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR