Dərc edildi: Baxış sayı: 4110
İsveçdə deputat seçilən 20 yaşlı gənc: “Evdə Azərbaycan dilində danışırıq”
Xəbər verdiyimiz kimi, azərbaycanlı gənc Vüsal Quliyev İsveçdə keçirilən parlament seçkilərində qələbə qazanıb. 20 yaşlı həmyerlimiz Haninge əyalət parlamentinə millət vəkili seçilib. O, təmsil etdiyi siyasi partiyanın ən gənc deputatıdır.
Avropa ölkəsində deputat mandatı qazanan V.Quliyev eksklüziv olaraq AzVision.az-ın suallarını cavablandırıb:
- Mən 1998-ci ildə Bakı şəhərində anadan olmuşam. Atam İlham Quliyev və anam Aybəniz Quliyeva Zəngilan rayonunda dünyaya gəliblər. 2006-cı ildən İsveçdə yaşayıram. 2015-ci ildə hakimiyyətdə olan partiyaya üzv olmuşam. 2016-cı ildə partiyanın Haninge əyalətində Gənclər təşkilatına sədr seçilmişəm. 2017-ci ildən isə Stokholm Universitetinin tələbəsiyəm.
Sosial, diplomatiya və beynəlxalq münasibətlər üzrə təhsil alıram. İsveçdə hakimiyyətdə olan Sosial Demokratlar Partiyasından Haninge əyalətindən parlamentə millət vəkili seçilmişəm. 20 yaşım var və Haninge əyalətinin fəal gənclərindən biriyəm.
- Necə oldu ki, seçkidə iştirak etməyə qərar verdiniz? Deputat seçiləcəyinizə əmin idinizmi?
-Bəli, düşünürdüm. Çünki İsveçin fəal gənclərindən biriyəm. Həmçinin təmsil etdiyim partiyanın fəal üzvüyəm. Bu səbəblərdən seçkidə iştirak etdim və uğur qazandım.

- Seçildiyiniz ərazidə azərbaycanlılar yaşayırmı?
- Bəli, yaşadığımız və parlamentdə təmsil edəcəyim Haninge əyalətində həmyerlilərimiz yaşayır. Burada 13-15 azərbaycanlı ailə var.
- İsveçə köçdükdən sonra Azərbaycana gəlmisinizmi?
- Azərbaycan mənim üçün əzizdir. Hər yay və qış fəslində Azərbaycana gəlirəm. Paytaxt Bakıvə Azərbaycanın bütün rayonları hər il daha da gözəlləşir. Biz evdə Azərbaycan dilində danışırıq. Azərbaycan mənim sevimli vətənimdir.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət