Dərc edildi: Baxış sayı: 953
İsveçdə azərbaycanlı gənc koronavirusdan vəfat etdi
İsveçin paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı azərbaycanlı gənc koronavirus pandemiyasından vəfat edib.
Bu barədə "Report"un Avropa bürosuna İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand məlumat verib.
Onun sözlərinə görə, 1998-ci il təvəllüdlü Etibar Həsənağa oğlu Salayev ötən gecə dünyasını dəyişib.
Hazırda İsveç vətəndaşı olan azərbaycanlı gəncin yaşadığı şəhərdə, yoxsa Azərbaycanda dəfn edilməsi hələ ki dəqiqləşməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət